İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Dağıstanda polisə hücuma görə, məsuliyyəti üzərinə götürüb. Bu barədə yaraqlıların şəbəkədəki fəallığını izləyən SITE saytında məlumat verilib. İlk hücum dekabrın 25-nə keçən gecə Mahaçqala - Kaspiysk şosesində polis patrulu xidmət başında olarkən baş verib. İki polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Dekabrın 25-də səhər saatlarında isə onların öldüyü məlum olub. İkinci hücum da dekabrın 25-nə keçən gecə, Qızılyurdda baş verib. Naməlum şəxslər şəhərin girişində yerləşən polis postunu atəşə tutublar. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31