Çindən ABŞ-a ETİRAZ NOTASI
Çin ABŞ-a etiraz notası ünvanlayıb. Buna səbəb Amerikanın hərbi büdcəsinə Tayvanla hərbi əməkdaşlıq proqramının daxil edilməsidir. Artıq, həmin büdcə Barak Obama tərəfindən imzalanıb. Sənəddə Pentaqonun ABŞ-la Tayvan arasında ən yüksək hərbi əməkdaşlığı barədə razılaşması sazişi təsdiq olunub.
26 Dekabr 2016 12:01 DünyaÇin ABŞ-a etiraz notası ünvanlayıb. Buna səbəb Amerikanın hərbi büdcəsinə Tayvanla hərbi əməkdaşlıq proqramının daxil edilməsidir. Artıq, həmin büdcə Barak Obama tərəfindən imzalanıb. Sənəddə Pentaqonun ABŞ-la Tayvan arasında ən yüksək hərbi əməkdaşlığı barədə razılaşması sazişi təsdiq olunub.
"Biz ABŞ-dan tələb edirik ki, Tayvan məsələsində Çinə verdiyi vədinə əməl etsin"-deyə Çin Xalq Respublikasının xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin bəyan edib. O, ABŞ-ı Tayvana silah satışını daayandırmağa səsləyib, bölgədə sülh və sabitliyin qorunmasına dəvət edib.
Bu barada ABŞ Konqresinin Nümayəndələr Palatasının SABİQ SPİKERİ Nyut Qinqriç belə bir proqnozla çıxış etmişdi ki, yanvarın 20-də prezident olaraq rəsmən işə başlayacaq Donald Tramp Barak Obama tərəfindən imzalanmış sənədlərin 70 faizini dəyişəcək, ya da qüvvədən düşmüş elan edəcək.