Dünya

Qara dənizə düşən təyyarə ilə bağlı dünyanı sarsıdan İDDİA

26 Dekabr 2016 17:43

Rusiyanın Qara dənizdə qəzaya uğradığı deyilən Tu-154 təyyarəsi qaçırılıb. Bu iddia ilə Rusiya Aviasiya Birliklərinin Koordinasiya Mərkəzinin keçmiş rəhbəri Vitali Andreyev çıxış edib.

Futbolçuların olduğu gəmi qəzaya uğradı

26 Dekabr 2016 17:37

Uqandada Albert gölündə gəminin qəzaya uğraması nəticəsində azı 30 nəfər həlak olub.  Bu barədə "RİA Novosti" məlumat verir. Hadisə ötən gün, Milad bayramı qeyd olunanda baş verib. Məlumatlara görə, həmin gəmidə yerli futbol komandası və azarkeşlər olub. Qəzanın baş vermə səbəbi kimi sərnişinlərin göyərtənin bir tərəfinə yığılması göstərilib. Trend.az

Dünyanın üz-üzə qaldığı təhlükə

26 Dekabr 2016 17:35

Dünya ən ağır təhlükə ilə - terrorla üz-üzədir. Kiçiyindən-böyüyünə, dünyada baş verən proseslərə təsir etmək gücündə olan supergüc dövlətlərdən tutmuş, ən geridə qalmış ölkələrə qədər, bu gün heç bir dövlət bu təhlükədən - terror bəlasından sığortalanmayıb.

Barak Obama: "2016-cı il prezident seçkilərini qazana bilərdim"

26 Dekabr 2016 17:34

ABŞ Prezidenti Barak Obama 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə qatılmaq hüququ olacağı təqdirdə qələbə qazanacağına əminliyini ifadə edib. O, bu barədə CNN-ə müsahibəsində bildirib. "Yenidən namizəd ola bilsəydim, əminəm ki, amerikalıların əksəriyyətini səfərbər edə bilərdim. Bütün ölkə üzrə insanlarla, hətta mənimlə razı olmayanlarla ünsiyyət qurmaqla onları irəlilədiyimiz istiqmətdə gəlməyə inandırardım" - B.Obama vurğulayıb.

2017-ci ildə Türkiyəni gözləyən QORXUNC PROQNOZ

26 Dekabr 2016 16:58

XVI əsrin ən məşhur öncəgörəni və ekstrasensi sayılan Nostradamus 2017-ci illə bağlı da öz proqnozlarını verib. Məşhur ekstrasensin 2017 və sonrakı illərlə bağlı proqnozlarını təqdim edir.

Murad Bozun "Özledim" mahnısı oğurluq imiş

26 Dekabr 2016 16:52

Fettah Canın yazdığı və Murad Bozun oxuduğu "Özledim" mahnısının plagiat olduğu təsdiqlənib. Mahnının ona aid olduğunu deyən Uğur Bayar 3 il əvvəl M.Boz, F.Can və "Dokuz Sekiz" şirkətini məhkəməyə vermişdi.

Siyasətçi Seyran Ohanyan Azərbaycanla sülhə çağırdı

26 Dekabr 2016 16:34

Ermənistanın keçmiş müdafiə naziri, təzəcə siyasət meydanına atılıb gələn ilki parlament seçkilərində yeni formalaşdırılan partiyanın tərkibində iştirak etməyə hazırlaşan Seyran Ohanyan Qarabağa dair bəyanatla çıxış edib.

Rusiyada təyyarə qəzasında həlak olanların ailələrinə təzminat ödəniləcək

26 Dekabr 2016 15:43

Rusiya Müdafiə Nazirliyinin Soçidə qəzaya uğramış təyyarəsində həlak olanlardan 10 nəfərin meyidi Moskvaya gətirilib. Yaxın vaxtlarda meyitlər genetik ekspertizadan keçiriləcək. Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov bildirib ki, qəzada həlak olanların ailələrinə 5,8 milyon rubl təzminat ödəniləcək. Hazırda bununla bağlı sənədlər hazırlanır.

Rusiyada təyyarə qəzasına nə səbəb oldu?

26 Dekabr 2016 15:41

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Soçidə qəzaya uğrayan Tu-154 tipli təyyarələrin qalıqlarına baxış keçirərkən terror və ya diversiya əlamətləri aşkarlamayıb. Bu barədə "Rİa Novosti" xəbər verir. 

Ermənistanda vətəndaş müharibəsi başlandı və yaxud...

26 Dekabr 2016 15:35

Ermənistanda çoxdan gğözlənilən daxili siyasi vəziyyət yenidən gərginləşib. Xarici kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, ötən gün Ermənistanda bir qrup şəxslə polis arasında şiddətli qarşıdurma yaşanıb. Belə ki, bir qrup şəxs polis qərərgahına hücum edərək bir polisi öldürüblər.

Çin ordusunun türklərdən niyə qorxduğunu açıqlayan 2200 İLLİK MƏKTUB

26 Dekabr 2016 15:10

Çin imperatoru Vu-linqin dövründə general Li-mu Hun ordusundan nümunə götürərək öz ordularında bir sıra yeniliklər etmişdi. İslahatlar Çin imperatorluğu zamanında da general Munq-ts tərəfindən davam etdirilmişdi (e.ə.247-210). Sonralar imperatorluğun vəziri Çao-Tso da imperatora öz ordularında islahatlar aparmaq üçün Hun ordusundan nümunə götürmələri barədə bir məktub yazır.

ABŞ-ın Rusiyaya qarşı tarixi Qarabağ planı

26 Dekabr 2016 14:47

ABŞ-ın hələ Bill Klintonun dövründə Dağlıq Qarabağ münaqişəsindən Rusiyaya qarşı şantaj kimi istifadə etmək planı var idi. Bu barədə erməni politoloq İqor Muradyan deyib. Onun sözlərinə görə, Bill Klinton administrasiyası dövründə hazırlanan bu plan, Corc Buşun zamanında da aparıldı. “2001-ci ildə Qarabağ münaqişəsindən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi proqramları var idi. ABŞ həm təzyiq, həm də NATO-nun genişlənməsi üçün Qarabağ məsələsini qaldırmağı düşünürdü. Lakin Rusiya ağıllı davrandı və tələyə düşmədi”, - deyə o bildirib. İ.Muradyan qeyd edib ki, Ki-Uest görüşündə bütün plan alt-üst oldu. Publika.az

Moskvanın üç vağzalında bomba HƏYƏCANI

26 Dekabr 2016 14:45

Moskvanın Yaroslavl, Leninqrad və Kazan vağzallarında partlayış təhlükəsi haqqında xəbərdən sonra insanlar təxliyyə edilib. SİTA agentliyi xəbər verir ki, bu haqda paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.