Moskvanın üç vağzalında bomba HƏYƏCANI

Moskvanın Yaroslavl, Leninqrad və Kazan vağzallarında partlayış təhlükəsi haqqında xəbərdən sonra insanlar təxliyyə edilib. SİTA agentliyi xəbər verir ki, bu haqda paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.

Polisə mümkün partlayış haqqında anonim zəng bazar ertəsi daxil olub. Sözügedən vağzallara hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib. Xidməti itlərlə ərazilərdə müayinə aparılır.

Məlumata görə, anonim zəng edən şəxsin tutulması üçün işlər görülür. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31