Ermənistanda vətəndaş müharibəsi başlandı və yaxud...
Ermənistanda çoxdan gğözlənilən daxili siyasi vəziyyət yenidən gərginləşib. Xarici kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, ötən gün Ermənistanda bir qrup şəxslə polis arasında şiddətli qarşıdurma yaşanıb. Belə ki, bir qrup şəxs polis qərərgahına hücum edərək bir polisi öldürüblər.
26 Dekabr 2016 15:35 DünyaDəcəl Sərkisyan üçün Kreml dərsləri
Bu dəfəki dərs Ermənistan prezidenti üçün sonuncu ola bilər
Ermənistanda çoxdan gözlənilən daxili siyasi vəziyyət yenidən gərginləşib. Xarici kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, ötən gün Ermənistanda bir qrup şəxslə polis arasında şiddətli qarşıdurma yaşanıb. Belə ki, bir qrup şəxs polis qərərgahına hücum edərək bir polisi öldürüblər. Bundan sonra tərəflər arasında başlayan insidet intensivləşib. Hadisə nəticəsində 20 nəfərin öldüyü, 230 nəfərin isə yaralandığı bildirilir. Sərkisyan hakimiyyəti hər nə qədər etirazçıların qarşısını almağa çalışsa da, lakin hüquq-mühafizə orqanları, xüsusilə polisin sadə xalq kütlələrinə silah qaldırmamaq istəyi mərkəzi hakimiyyəti çətin duruma salır. Bu arada ölkə prezidentinin mümkün təhlükələri önləmək üçün Qarabağ separatçılarından yardım istədiyi bildirilir.
Artıq hüquq-mühafizə orqanlarının mərkəzi hakimiyyəti müdafiə etməkdən yayınması, İrəvanda baş qaldıran etirazların sadə bir aksiya olmadığı qənaəti formalaşdırır. Təsadüfi deyil ki, elə bəzi yerli ekspertlər də hesab edirlər ki, Ermənistanda yaşanan olaylar xaricdən idarə olunur. Xarici dairələrin Ermənistanın daxilində baş verən proseslərə təsir imkanları dedikdə isə ilk ağıla gələn Rusiya Federasiyası olur. Əslində Rusiya zaman-zaman Ermənistanın bu və ya digər hakimiyyətini cəzalandırmaq, onların Kremlin tapşırıqlarına məhəl qoymamasına cavab vermək üçün bu kimi irili-xırdalı insdentlərə imza atır. Elə ötən gün paytaxt İrəvanda yaşananlar da məhz Moskva hazırlanmış ssenarinin tərkib hissəsidir. Moskvanın Ermənistan hakimiyyətinə göz dağı verməsinin səbəbləri isə bəllidir. Söhbət əlbəttə ki, Dağlıq Qarabağ probleminin həllindən gedir. Məlum olduğu kimi cari ilin aprel ayında cəbhədə yaşanan insdent zamanı hər iki tərəfə hərbi əməliyyatların dayandırılması və problemnin yenidən danışıqlar yolu ilə həll edilməsi çağırışını məhz Rusiya Federasiyası etmişdi. Əslində bu Kremlin birtərəfli çağırışı idi. Çünki Yerevan Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı hərbi əməliyyatlarından təşvişə düşərək Rusiyanı prosesə cəlb etmiş və ondan əməliyyatların dayandırlmasına yardımçı olmaq xahişini etmişdi. Gözlənildiyi kimi də oldu və Rusiyanın müdaxiləsi ilə hərbi əməliyyatlar dayandı. Ancaq eyni zamanda Rusiya həmin ərəfədə öz üzərinə problemin həlli ilə bağlı öhdəlik də götürmüşdü və ümid edirdi ki, Yerevanın yalvarışları tezliklə problemin danışqlar yolu ilə həllini sürətləndirəcək. Lakin yaranmış atəşkəs rejimindən özünə gələn Sərkisyan hakimiyyəti Rusiyanı çətin bir durumda qoyaraq Kremlə qarşı etimadsızlıq yaratdı. Nəticə etibarilə Dağlıq Qarabağ probleminin 2016-cı ildə də həlli mümkünsüz oldu.
Mövcud situasiya heç şübhəsiz ki, Azərbaycanın da şimal qonşusuna olan inam və etimadını azaldır və Rusiyanın başbilənləri də gözəl dərk edirlər ki, Azərbaycanın
Kremlə olan etimadının azalması Moskva üçün heç də yaxşı nəticə vəd etmir. Əksinə bu Azərbaycanın Qərbə doğru istiqamətlənməsinə gətirib çıxara bilər ki, bu seçim Rusiya üçün heç də arzuedilən deyil. Digər tərəfdən Rusiyanın Türkiyə ilə münasibətlərinin normallaşması və Yaxın Şərqdə özünə Ankara kimi bir müttəfiq qazanması fonunda Ermənistan üzündən reputasiyasına ziyan gəlməsini Kreml heç arzu etməz. Vəziyyətdən çıxış yolu isə təbii ki, Ermənistan hakimiyyətinə təsir etməkdən keçir. Mövcud Ermənistan hakimiyyəti prosesləri xoşluqla anlamadığı üçün, Rusiya da məcburiyyət qarşısında qalaraq Sərkisyan hakimiyyəti ilə öz dilində danışır. Necə ki, elə bu ilin avqustinda da eyni situasiya baş vermişdi. Aprel əvvəllərində Rusiya qarşısında verdiyi sözü avqust ayında həyata keçirməkdən boyun qaçıran Sərkisyan hakimiyyətinə İrəvandakı polis məntəqəsinin etirazçılar tərəfindən ələ keçirilməsi ilə ikinci bir dərs verilmişdi. Əslində Kremldə düşünürdülər ki, Gümrüdəki məlum insdentdən sonra Sərkisyan hakimiyyəti ağlını başına yığıb aqressiyadan geri çəkiləcək. Lakin Sərkisyan dəcəl uşaqlar kimi cari ilin avqustunda daha bir dərs almalı oldu. Amma avqust dərsi də onu ağıllandırmadığı üçün indi Moskva üçüncü və sonuncu dərsə start verib. Deyəsən bu dərsin sonunda çalınan zəng Serj Sərkisyan üçün sonuncu zəng olacaq.
Məhəmməd