Rusiyada təyyarə qəzasında həlak olanların ailələrinə təzminat ödəniləcək

Rusiya Müdafiə Nazirliyinin Soçidə qəzaya uğramış təyyarəsində həlak olanlardan 10 nəfərin meyidi Moskvaya gətirilib. Yaxın vaxtlarda meyitlər genetik ekspertizadan keçiriləcək. Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov bildirib ki, qəzada həlak olanların ailələrinə 5,8 milyon rubl təzminat ödəniləcək. Hazırda bununla bağlı sənədlər hazırlanır.

Son məlumata görə, hadisə yerində 11 nəfərin meyidi və 154 fraqment tapılıb. Axtarışlar davam edir.  AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31