Əsgərin ölümü ilə bağlı cinayət işinin istintaqı yubadılır

Ermənistan ordusunun ön xətt bölməsində qulluq edən əsgəri Qevork Xaçatryanın ölüm faktı ilə bağlı cinayət işinin araşdırılması bir ildən artıqdır davam edir və hələ də başa çatmayıb.

Ermənistan ordusunun ön xətt bölməsində qulluq edən əsgəri Qevork Xaçatryanın ölüm faktı ilə bağlı cinayət işinin araşdırılması bir ildən artıqdır davam edir və hələ də başa çatmayıb. Ermənistan KİV-i xəbər verir ki, ötən müddət ərzində meyitin təkrar müayinəsi keçirilib. İnformasiyaya əsasən, araşdırmalar zamanı hərbi qulluqçunun şərəf və ləyaqətinin alçaldılması faktı aşkarlanıb.

Məlum olub ki, Ermənistan ordusunun kapitanı M.Oskanyan qumar oyunu təşkil edib. Zabit uduzan tərəfin 7 gün ərzində yeməkxanadan ərzaq qalıqlarını toplaması və hərbi hissənin yaxınlığında ona məxsus donuzxanada saxladığı donuzları yemləməsi şərtini irəli sürüb.

Məlumatları oğurlamaq istəyən cərimələnib

Məlumatda bildirilib ki, kapitanla qumar oynayan əsgərlər uduzublar və şərti yerinə yetiriblər. Elə həmin gün Ermənistan ordusunun bu hərbi hissədəki əsgər Qarik Xaçatryan mobil telefonla bir neçə yerə zəng edib, daha sonra özünü odlu silahla güllələyərək intihar edib. Araşdırma zamanı ölən əsgərin başqa erməni əsgəri Harut Muradyan tərəfindən də döyüldüyü məlum olub.

İnformasiyaya əsasən, kapitan M.Oskanyan, əsgər H.Muradyan məhkəmənin qərarı ilə həbs edilib. Baş leytenant H.Vardeanyana və əsgər A.Sarqsyana qarşı kifayət qədər sübut olmadığı üçün onlar barəsində həbs qətiimkan tədbiri təmin edilməyib.

Qeyd edilib ki, Qevork Xaçatryan 2015-ci ilə noyabrın 28-də intihar edib.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31