Dünya

Türkiyə qırıcıları Suriyada 11 İŞİD-çini məhv etdi

11 Yanvar 2017 12:17

Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir.

"Türk Hava Yolları" bu dəfə 100-dən artıq reysi təxirə saldı

11 Yanvar 2017 12:07

"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb.  Reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır.

Obama vida çıxışı zamanı kövrəldi - VİDEO - FOTOlar

11 Yanvar 2017 12:06

Amerikanın prezidenti Barak Obama Çikaqo şəhərində vida çıxışı edib.  Yanvar ayının 20-də yerini Donald Trampa verməyə hazırlaşan Obama vida çıxışını siyasətə başladığı və "məmləkətim" deyə xitab etdiyi Çikaqoda edib. Obama çıxışı zamanı kövrəlib. O, 8 illik prezident olduğu müddət ərzində başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə uğurlu işlər gördüyünü söyləyib. Çıxışında xarici siyasətlə bağlı məsələlərə az şərh verən Obama Suriyadakı vətəndaş müharibəsi ilə bağlı fikir söyləməyib. O, Orta Şərq ilə əlaqədar məsələlərə də münasibət bildirməyib. Bu barədə  Milli.az "Daily Mail"ə istinadla xəbər verir.

Andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

11 Yanvar 2017 11:49

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.

Müğənni evsiz qaldı - SƏBƏB

10 Yanvar 2017 20:15

6 illik həyat yoldaşı Selen Sevigen ilə gözlənilmədən ayrılıq qərarına gələn Gökhan Özən evi tərk etdikdən sonra ofisində qalmağa başladığı deyilir. Müvəqqəti olaraq Balmumcudakı ofisində qalan Gökhan Özən şəxsi evindəki kirayəşin başqa mənzilə köçdükdən sonra öz evinə qayıdacağı deyilir. Bu barədə Milli.Az posta-ya istinadən xəbər verir.

“Yahoo!” şirkətinin adı dəyişdiriləcək

10 Yanvar 2017 20:00

“Yahoo!” internet şirkəti “Verizon Communications” telekommunikasiya şirkətinə satıldıqdan sonra “Altaba” adlanacaq, həmçinin şirkət prezidenti Marissa Mayer vəzifəsini tərk edəcək.   

Yeni yüngül və möhkəm material yaradılıb

10 Yanvar 2017 19:50

Massaçusets Texnologiya İnstitutunun alimləri qrafen və mürəkkəb həndəsi formalarla sınaqları davam etdirərək xarici görünüşünə görə mərcanları xatırladan yüngül və möhkəm materiallar yaradırlar. 

Süni intellekt yollarda qəzaların qarşısını alacaq

10 Yanvar 2017 19:40

Las-Veqasda keçirilən “CES-2017” istehlak elektronikası sərgisində “Toyota” şirkəti yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün nəzərdə tutulan “Concept-i” avtonom avtomobil prototipini nümayiş etdirib.

Keçiricilik qabiliyyətini itirmədən iki dəfə uzana bilən tranzistor yaradılıb

10 Yanvar 2017 19:26

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış tranzistor dartılmaq qabiliyyətinə malikdir və bu halda keçiricilik qabiliyyətinin çox hissəsini özündə saxlayır. Alimlərin fikrincə, belə tranzistor daşınan elektron qurğuların yaradılmasında olduqca faydalı ola bilər.

“Ağıllı” əsa istifadəçinin fiziki vəziyyətini izləyəcək

10 Yanvar 2017 19:20

“CES 2017” istehlak elektronikası sərgisində ənənəvi olaraq istifadəçilərin həyatını daha da sadələşdirmək və yaxşılaşdırmaq məqsədilə çoxsaylı “ağıllı” qurğular təqdim edilir. Belə qurğulardan biri Fransanın “Nov'in” şirkətinin nümayiş etdirdiyi “ağıllı” “Dring Smartcane” əlağacıdır.