Dünya
Parlament binası yaxınlığında partlayış – 8 ölü
Əfqanıstanın paytaxtında parlament binası yaxınlığında bomba yüklü avtomobil partladılıb. Bunun ardınca isə terrorçu-kamikadze özünü partladıb. Ard-arda baş verən terrorda azı 8 nəfər ölüb. Parlamentin toza bürünmüş fotosu isə jurnalistlərdən biri tərəfindən çəkilib. Hər iki terroru Taliban qruplaşması öz üzərinə götürüb. Bu barədə Azadinform xarici mətbuata istinadən xəbər verir.
Terrorçu PKK-nın Suriyadakı qolunun dəstəbaşçısı: “ABŞ-dan hərbi dəstək alırıq”
Terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin dəstə başçılarından biri Salih Müslim ABŞ-dan dəstək aldıqlarını bildirib.
Rusiyanın Anqarsk şəhərindən olan manyak daha 59 cinayət törətdiyini etiraf edib
Rusiyanın Anqarsk şəhərindən olan manyak qatil daha 59 cinayət törətdiyini etiraf edib. Bu barədə Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.
Avtobusda təcavüz olunan azərbaycanlı qadınla bağlı məsələ TBMM-də müzakirə olundu
CHP-dən olan millət vəkili Şenal Sarıhan Ankaranın Etimesgut vilayətində avtobus sürücüsü tərəfindən təcavüzə məruz qalan Azərbaycan əsilli Türkiyə vətəndaşı olan qadınla bağlı olayı Türkiyə Böyük Millət Məclisinin gündəminə gətirib.
Türkiyədə Polis İdarəsinin qarşısında atışma
Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinin qarşısında atışma olub. Şəhərin İncilipınar məhəlləsində yerləşən İdarənin önündə yerli vaxtla saat 15:15-də atəş səsləri eşidilib. Təxminən 10 dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Poli İdarəsinin qarşısında bir terrorçunun yerdə hərəkətsiz vəziyyətdə qaldığı bildirilir. Daha bir iddiaya görə, içəri daxil olmağa çalışan bir terrorçu öldürülüb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Trend "Habertürk" qəzetinə istinadən xəbər verir.
Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edilib
Türkiyə paytaxtı da daxil olmaqla Ankara əyalətində terror təhlükəsinə görə 30 gün müddətinə kütləvi aksiyaların keçirilməsi qadağan edilib. Bununla bağlı qərarı Ankara valiliyi qəbul edib.
Niqab istehsalı və satışı qadağan edildi
Mərakeşdə niqab istehsalı və satışı qadağan edilib. Məlumata görə, Mərakeş Daxili İşləri Nazirliyi ölkənin bəzi şəhərlərində niqab istehsalı və satışını qadağan edib. Qadağa 48 saat ərzində tətbiq ediləcək. Bu qərara əməl etməyənlərin istehsal etdikləri və satdıqları mallar müsadirə olunacaq. Trend.az
İstanbul məktəbləri sabah da bağlı olacaq
Türkiyənin İstanbul şəhərindəki təhsil müəssisələrində tətil sabah da davam edəcək. Məlumata görə, İstanbul valisi Vasip Şahin qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq şəhərdəki bütün təhsil müəssisələrinin sabah da bağlı olacağını bildirib.
69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF
İyirmi iki qadın öldürdüyünə görə həbs edilən qatil inanılmaz etiraflar edib. İrkutskda həbs edilərək ömürlük cəza alan eks-polis Mixail Popkov daha 47 qadını qətlə yetirdiyini deyib. Onun bu etirafından sonra istintaq əməkdaşları sözügedən mərhumların məzarlarını açmalı, meyitlərin ekskumasiyasını, məhkəmə-tibbi və digər ekspertlərini təyin etməli olublar.
Amerika məhv olacaq - GEOLOQLARDAN PROQNOZ
“Yellowstone” yanardağı ABŞ-ın yarısını məhv edə bilər. Publika.az xəbər verir ki, geoloqlar yanardağın partlamaq vəziyyətində gəldiyini deyir. Hazırda yanardağın ətrafında Milli Park salınıb və turistlər üçün bura ən maraqlı gəzinti yerlərindən biridir. Lakin geoloqların proqnozuna görə, yanardağ partlayarsa, ABŞ-ın yarısı məhv olacaq.
Mühacirlərin Avropada ölüm-dirim mübarizəsi
Serbiyanın paytaxtı Belqradda Avropanın müxtəlif ölkələrinə keçmək üçün icazə verilməsini gözləyən mühacirlər soyuq hava şəraitində yaşamaq uğrunda mübarizə aparırlar.
"O Ses Türkiyə"də bir ilk: Hülya Avşar iştirakçının onu seçməsi üçün... - VİDEO
TV8-də ekranlara gələn "O Ses Türkiyə"də Sibel Canın yerinə müvəqqəti olaraq münsif kürsüsünə əyləşən Hülya Avşar iştirakçını razı etmək üçün çox maraqlı bir üsula əl atıb.
Türkiyədə məscidin talvarı çökdü: yaralılar var - FOTO
Uçqun altında qalan insanların olduğu deyilir. Hadisə yerinə çoxlu sayda təcili yardım brqadaları cəlb edilib. İstanbulda başda şəhid cənazələri olmaqla, xeyli sayda cənazə namazının qılındığı Ataköy 5. Kısım Məscidi, Türkiyənin ən böyük talvar sisteminə sahib idi. Çökən talvarın vətəndaşların qarlı və yağışlı havada çətinlik çəkməmələri üçün hazırlandığı deyilir. Milli.az
Oğlan telefonla oynamağa icazə verməyən anasını təpiklədi - VİDEO
Çində ana smartfonda oyun oynamaq üçün telefonu oğluna vermədiyinə görə hücuma məruz qalıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda ananı övladdan qoruyan nənə də əks olunub. Məlumata əsasən, video Quançjoudakı xəstəxanada çəkilib. Bu barədə Milli.az interaz-a istinadən xəbər verir.
Sərxoş nənə diskotekaya qaçdı - Yıxılıb onurğa sütununu sındırdı
Nəvəsinin ad günü mərasimində sərxoş olan nənə bütün "maneələri" aşaraq diskotekaya qaçıb. Rusiyada hüquq-mühafizə orqanlarındakı mənbənin mətbuata sızdırdığı məlumata görə, ad günü mərasimindən sonra diskotekaya getmək istəyən qadın və onun qızı 49 yaşlı nənəni evdə qoyaraq, qapını qıfıllayıblar. Buna səbəb sərxoş nənənin diskotekaya getməsindən ehtiyatlanmaları olub. Lakin əyləncə həvəskarı qadını belə bir maneə dayandırmayıb.














