"O Ses Türkiyə"də bir ilk: Hülya Avşar iştirakçının onu seçməsi üçün... - VİDEO

TV8-də ekranlara gələn "O Ses Türkiyə"də Sibel Canın yerinə müvəqqəti olaraq münsif kürsüsünə əyləşən Hülya Avşar iştirakçını razı etmək üçün çox maraqlı bir üsula əl atıb.

TV8-də ekranlara gələn "O Ses Türkiyə"də Sibel Canın yerinə müvəqqəti olaraq münsif kürsüsünə əyləşən Hülya Avşar iştirakçını razı etmək üçün çox maraqlı bir üsula əl atıb. Yarışın bu axşam efirə gedəcək hissəsində sənətçinin ifasına heyran qaldığı iştirakçını komandasına qatmaq üçün telefonunu çıxarıb Sibel Cana zəng etdiyinin şahidi olacaqsınız.

Məşhur sənətçi: "Sibel Canla danışıram. Xüsusilə səni çox istədiyini söyləyir", - sözlərilə iştirakçını razı salmağa çalışıb. Digər münsif üzvü Murat Bozun isə: "Alo, Mazhar Abi (Mazhar Alanson)",- deyərək, eyni üsulla qarşılıq verməsi isə hər kəsin gülüşünə səbəb olub. Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31