Dünya
Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəymədi
“Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) ölkə başçısının bütün tapşırıqlarını yerinə yetirib”. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. “Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəyməyib. Biz bu dəstəyi görmədik, ona görə də vəziyyət bütün qüvvələrimizi və imkanlarımızı səfərbər etməyə tələb etdi. Nəticədə Suriyaya aviadaşıyıcı qruplaşmasını, HKQ-nin əlavə qüvvələrini, eləcə də hərbi polisi cəlb etməli olduq”, - deyə o vurğulayıb.
Suriya səmasında Rusiya-ABŞ intriqası Amerikalılar kənara çəkilir
“Rusiyaya məxsus Hərbi Kosmik Qüvvələrin təyyarələri Suriya səmasında ABŞ təyyarələrinə təhlükəli dərəcədə yaxınlaşırlar”.
Evlilik sözünü tutmadı - ürəyindən bıçaqlandı
Ötən il Türkiyədə baş verən cinayət hadisəsi ilə əlaqədar tutulan 44 yaşlı Zahide Oçkenin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur.
Ancelina Coli və Bred Pitdən gözlənilən xəbər
10 il birgə yaşadıqdan sonra boşanmağa qərar verən Ancelina Coli və Bred Pitt, nəhayət ki, ortaq məxrəcə gəliblər. Boşanacaqlarını elan etdikləri sentyabrdan bu günə kimi ilk dəfə birgə açıqlama verən cütlük boşanma mövzusunda razılaşdıqlarını bildiriblər.
Ermənistanda nə baş verir?
Son vaxtlar Ermənistanın bütün istiqamətlərdə çətin duruma düşdüyü açıq şəkildə özünü göstərməkdədir. İstər daxili siyasi gərginlik, istər diplomatik uğursuzluq, istərsə də hərbi müvəffəqiyyətsizliklə üzləşən işğalçı ölkə yaranmış vəziyyətdən çıxış yolları aramaqdadır. Bu arada yaşanan iqtisadi böhran Ermənistanın durumunu bir qədər də ağırlaşdırır.
2 yaşlı uşağı şikəst etdi, zibilxanaya atdı - Bu vəhşiliyə Tanrı dözər?
"Bu vəhşiliyi görəndə göz yaşlarımı saxlaya bilmədim. Hönkürüb ağladım, halbuki 22 ildən bəri bu hospitalda çalışıram, hər cür xəstə, yaralı görmüşəm".
"WhatsApp"da bir gündə 63 milyard mesaj yazıldı
Yeni il gecəsi "WhatsApp"da 63 milyard mesaj yazılaraq rekorda imza atılıb. "WhatsApp" "Facebook" tərəfindən 2014-ün oktyabrında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatıb. Tətbiq sürətli inkişafı nəticəsində "Facebook"a aid "Messenger"i də çoxdan geridə qoyub.
Ailə faciəsi: heç kim sağ qalmadı - VİDEO
Ötən gün Türkiyədə ailə faciəsi yaşanıb. Karamanın Ermenek mahalında ev yanıb. Yanğın nəticəsində ata və iki qızı yanaraq ölüb. Qonşuların dediyinə görə, ata yanan evdən qızlarını çıxarmaq üçün özünü oda atıb. Bu anda evin damı uçub. Damın altında qalan ata və iki qızı yanaraq ölüblər. Yanğının səbəbi barədə məlumat yoxdur.
Sarkisyan baş nazirə arayış vermir
Ermənistanın hakim Respublika Partiyası baş nazir Karen Karapetyana son 5 ildə onun ölkə ərazisində yaşamasına dair arayışın təqdim olunması problemini həll edə bilmir.
ABŞ Rusiya İstintaq Komitəsinin rəhbərinə sanksiya tətbiq edib
ABŞ Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinın adını sanksiya siyahısına salıb.
Dağıstanda yol qəzasında beş nəfər ölüb
Dağıstanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Dərbənd rayonunda qeydə alınıb. Bu gün səhər saatlarında "VAZ-2110" və "VAZ-2114" avtomobillərin toqquşması nəticəsində 2-i uşaq olmaqla, 5 nəfər ölüb. İlkin versiyaya görə, avtomobillərdən biri yolun qarşı tərəfinə çıxıb. Bu barədə Apa.az “kavkazskiy uzel” portalına istinadən xəbər verir.
Yadplanetlilər bizi hər gün belə izləyir – ŞOK VİDEO
Yadplentlilər UNO-larda Yer kürəsinin atmosferində gizlənərək insanları izləyirlər. Bu barədə Harvard Universitetinin məzunu, hazırda Funmdamental Tədqiqatlar İnstitutuna rəhbərlik edən fizik Rudjero Santilli deyib. Onun sözlərinə görə, atmosferdə gizlənən yadplanetlilər insanlar haqqında məlumatlar öyrənirlər: “Onlar bir növ casusluq edirlər”.
Ermənistandan növbəti iyrənclik
Ermənistanda daha bir iyrəncliyə imza atılıb. “OLAYLAR”-ın Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəyə istinadən verdiyi xəbərə görə, paytaxt İrəvandakı məktəblərdən birinin giriş qapısına Azərbaycan bayrağı sərilib.
ABŞ açıqladı: 4 İran katerinə xəbərdarlıq atəşi açmışıq
Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Mahan” gəmisinə sürətlə yaxınlaşan 4 İran katerinə xəbərdarlıq atəşi açmışıq. Bunu Pentaqon sözçüsü Ceff Deviz açıqlayıb. “İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid 4 ədəd sahil təhlükəsizlik kateri yüksək sürətlə ABŞ-ın “Mahan” gəmisinə yaxınlaşıb. Edilən xəbərdarlığa baxmayaraq, 80 metrə qədər yaxınlaşan katerlərə xəbərdarlıq atəşi açıldı. Bundan sonra katerlər uzaqlaşmağa başladı”, - sözçü vurğulayıb.














