ABŞ Rusiya İstintaq Komitəsinin rəhbərinə sanksiya tətbiq edib
ABŞ Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinın adını sanksiya siyahısına salıb.
10 Yanvar 2017 12:00 DünyaABŞ Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinın adını sanksiya siyahısına salıb. A. Bastrıkinlə birlikdə daha 4 Rusiya vətəndaşı - Stanislav Qordiyevski, Dmitri Kovtun, Andrey Luqovoy və Gennadi Plaksinin adları da "Maqnitski siyahısı"na daxil edilib. A. Bastrıkin, S. Qordiyevski və G. Plaksin 2009-cu ildə "Matrosskaya tişina" istintaq təcridxanasında auditor Sergey Maqnitskinin ölümü, A. Luqovoy və D. Kovtun isə Rusiya xüsusi xidmət orqanlarının zabiti olmuş Sergey Litvinenkonun Britaniyada zəhərlənərək öldürülməsi ilə əlaqədar sanksiyaya məruz qalıblar. Rusiyada insan hüquq və azadlıqlarını pozanlara qarşı "Maqnitsk qanunu" ABŞ Konqresində 2012-ci ildə qəbul olunub. 2016-cı ilin dekabrında bu qanuna qlobal xarakter verilib. Artıq qanun bütün dünya ölkələrinin vətəndaşlarına şamil oluna bilər. Bu barədə Apa.az "Reuters"ə istinadən xəbər verir.