Sarkisyan baş nazirə arayış vermir
Ermənistanın hakim Respublika Partiyası baş nazir Karen Karapetyana son 5 ildə onun ölkə ərazisində yaşamasına dair arayışın təqdim olunması problemini həll edə bilmir.
10 Yanvar 2017 12:03 Dünyaİrəvanda qalmaqal
Ermənistanın hakim Respublika Partiyası baş nazir Karen Karapetyana son 5 ildə onun ölkə ərazisində yaşamasına dair arayışın təqdim olunması problemini həll edə bilmir.
Arayış baş nazirin adının aprelin 2-nə təyin olunan parlament seçkilərində namizədlərin proporsional siyahısına daxil edilməsi üçün lazımdır.
"Karen Karapetyan birmənalı olaraq saxta arayışla Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olmaqdan imtina edib. O, hakim partiyanın seçkiöncəsi kampaniyasına görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib, lakin eyni zamanda saxtakarlığa getməyəcəyini deyib. Belə görünür ki, nə Karen Karapetyan, nə də prezident Serj Sarkisyanın adının partiyanın proporsional siyahıya daxil edilməməsi haqqında razılıq əldə olunub. Hazırda siyahıya bu məmurların - müdafiə naziri Viqen Sarkisyan, İrəvan meri Taron Markaryan və ədliyyə naziri Arpine Ovannisyanın adının daxil edilməsi müzakirə olunur. Bu halda Serj Sarkisyan Respublika partiyasının seçki qərargahına rəhbərlik edə bilər", - deyə qəzet yazıb. Azvision.az