ABŞ ordusunda hicaba icazə verildi
10 Yanvar 2017 21:34 DünyaABŞ ordusunda yeni xarici görünüş standartları dərc edilib. Standartlara uygun olaraq, dini baxışlara uygun olaraq müsəlman hərbçi kişilər rəngli əmmamə, qadınlar isə hicab geyinə bilərlər.
ABŞ-ın ordu naziri Erik Fenniqin sözlərinə görə, yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir.
Bildirilir ki, baş geyimlərin rəngi hərbi geyim rəngindən seçilməməlidir. Yeni qaydalara əsasən, hərbçi kişilərə həmçinin saqqal saxlamağa icazə verilir, lakin onun uzunluğu təqribən 5 sm-i keçməməlidir.
Bu barədə "Report" "The Independent"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31