Türkiyə şəhər döyüşlərinə başlayır: böyük hücum olacaq


Türkiyə İŞİD-i Əl Babda tamamilə məhv etmək üçün böyük hücuma hazırlaşır.

Hücumdan öncə bölgəyə şəhər döyüşlərində mütəxəssis olan xüsusi təyinatlı qrup göndərilib. Hələlik soyuq və qarlı hava şəraitinə görə irəliləmək mümkün deyil. Bununla yanaşı, Əl Babda mülki əhalinin qaldığına görə də hücum təxirə salınır.

İŞİD şəhərdəki mülki əhalini canlı qalxan olaraq istifadə edir. Lakin türk ordusunun böyük hücumunun yaxın günlərdə olacağı gözlənilir.
Publika.az


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31