Türkiyə qırıcıları Suriyada 11 İŞİD-çini məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir.

Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir. Zərbələr İŞİD terror təşkilatına məxsus 12 məntəqəyə endirilib. Nəticədə 11 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı ötən ilin avqustundan aparılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31