Dünya

15 yaşlı qız cinayət törətdi

11 Yanvar 2017 14:49

İngiltərədə dəhşətli hadisə olub. Belə ki, 15 yaşındakı qız uşağı 7 yaşındakı qız uşağını boğazını kəsib. Kimliyi açıqlanmayan 15 yaşındakı uşaq 7 yaşındakı Katia Roghu öldürməkdə günahlandırılır. Qeyd edək ki, qorxunc hadisə ötən günlərdə  İngiltərənin York vilayətində yaşanıb.

Türkiyə və Rusiya Qərbin hədəfində

11 Yanvar 2017 14:18

Hələ də Rusiya-Türkiyə yaxınlaşması ilə barışmaq istəməyən Qərb müxtəlif vasitələrlə Ankara-Moskva münasibətlərinə növbəti bir zərbə vurmağa çalışır. Rusiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə buna nail olacağını düşünən Qərb hesab edirdi ki, məlum təyyarə qəzasından sonra çətinliklə də olsa düzələn ikitərəfli münasibətlərə səfirin öldürülməsi ciddi təsir göstərəcək. Hətta Kremlin Ankaraya qarşı savaş açacağı da proqnozlaşdırılırdı. Çünki tarixə nəzərə salsaq görərik ki, ölkələr arasında qarşıdurma və müharibələrə səbəb olan amillərdən biri də məhz diplomatların qətlə yetirilməsi olub. Ona görə də Qərb Andrey Karlovu qətlə yetirməklə Türkiyə-Rusiya münasibətlərini pozmaq məqsədilə əlində olan son kartını da istifadə etdi. Lakin gözlənilənlərin tam əksinə olaraq Kreml diplomatının qətlə yetirilməsini soyuqqanlı qarşıladı. Daha dəqiq desək Rusiya da başa düşdü ki, Andrey Karlovun qətlə yetirilməsində Ankaranın heç bir suçu yoxdur. Yegnaə suçlu olan tərəf onun Türkiyə ilə münasibətlərinə zərbə vurmağa çalışan Qərb və digər beynəlxalq güclərdir. Çünki Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi nəticəsində şimal qonşumuzu düşmüş olduğu ağır böhran vəziyyətindən məhz Türkiyə çıxarmışdı. Ona görə də necə olursa-olsun Ankara-Moskva yaxınlaşmasına zərbə vurmaq lazım idi.

Meteorit Yer kürəsindən azca aralı keçdi

11 Yanvar 2017 14:00

Amerikalı astroloqlar diametri 30 metr olan meteoritin Yer kürəsinin Ayla məsafəsinin yarısı qədər uzaqlıqdan keçdiyini aşkarlayıblar.

İzmirdəki silahlı hücuma görə TAK məsuliyyəti öz üzərinə götürdü

11 Yanvar 2017 13:58

Yanvarın 5-də İzmirdə baş verən bombalı hücuma görə TAK (Kürdistan Azadlıq Şahinləri) qruplaşması məsuliyyəti öz üzərinə götürüb.  İzmirdə məhkəmə binası qarşısında silah və bomba yüklü avtomobillə təşkil olunan, polis Fethi Sekin ilə ədliyyə işçisi Musa Canın şəhid olduğu, 2 terrorçunun öldürüldüyü hücuma görə PKK-nın qolu TAK məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Milli.Az "Hürriyet"ə istinadla xəbər verir.

TRT – də bomba həyacanı

11 Yanvar 2017 13:52

Ötən gün Türkiyənin paytaxtı Ankaranın Çankaya bölgəsində bomba həyacanı yaşanılıb. Qeyd edək ki, həmin ərazidə yerləşən Türkiyənin dövlət kanalı olan TRT – nin dayanacağında bomba qoyuylduğu xəbəri yayılıb. Dərhal əraziyə polislər, partlayıcı silahlar üzrə mütəxəssislər cəlb olunublar. Polislər TRT – nin dayanacağında, orada saxlanılan maşınlarda, televiziyanın otaqlarında partlayıcı qurğu axtarıblar.

Məşhur iş adamı həbs olundu

11 Yanvar 2017 13:50

 Ötən gün Türkiyədə 42 şübhəli şəxs həbs olunub. Saxlanılan şəxslər FETO – terror qruplaşmasına maddi yardım etmək iddiası ilə həbs olunublar. Növbətçi Sülh Cəza Məhkəməsinə çıxarılan şəxslər arasında məşhur “Multinet” şirkətinin sahibləri Yusuf Ziya Gündüz və Şevkət Başevin də olduğu xəbəri yayılıb.

Moskvada bankdan 20 milyon rubl oğurlanıb

11 Yanvar 2017 13:42

Rusiya paytaxtında bankdan külli miqdarda pul oğurlanıb. "Bulqarbank"ın paytaxt şöbələrinin birindən 20 milyon rubl (340 min ABŞ dolları) pul naməlum şəxslər tərəfindən oğurlanıb.  Bankın direktor müavini polisə müraciət edib. O, oğurluğun 31 dekabr-10 yanvar tarixləri arasında baş verdiyini bildirib.  Rusiya hüquq-mühafizə orqanları "Bulqarbank"dan 20 milyon rubl pulun oğurlandığını təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.  Bu barədə Apa.az Rusiya bürosunun yerli mətbuatına istinadən xəbər verir.

Türkiyədə 60 iş adamı FETÖ ilə əlaqədar həbs edilib

11 Yanvar 2017 13:40

Türkiyədə 60 iş adamı Fətullahçı Terror Təşkilatı (FETÖ) üçün pul topladığı və terror təşkilatını maliyyələşdirməkdə ittiham edilərək həbs olunub.

Sibel Can 15 ildə 200 kiloqram arıqlayıb

11 Yanvar 2017 13:30

Müğənni Sibel Can yenidən arıqlayıb. Artıq çəkidən əziyyət çəkən müğənni yenə arıqlayıb. Tez-tez kökəlib-arıqlayan müğənni 15 ildə ümumi 200 kiloqram arıqlayıb. Bu barədə Milli.Az "Cadde"yə istinadla xəbər verir.

Ərdoğanın müşaviri: "Çevriliş baş tutsaydı, prezidentin kürsüsündə o oturacaqdı"

11 Yanvar 2017 13:25

Türkiyə prezidentinin müşaviri Yalçın Topçu 15 iyul dövlət çevrilişi ilə bağlı açıqlama verib. Topçu çevriliş baş tutsaydı, Ərdoğanın kürsüsündə keşikçilər alayının komandiri Muhsin Kutsi Barışın oturacağını söyləyib. Həmin gündən bəhs edən müşavir: "Toğrul bəyə zəng etdim. Zəng çatmadı", - deyərək Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə əlaqə saxlamaq istədiyini bildirib.

"Kiralık aşk"ın final tarixi açıqlandı

11 Yanvar 2017 13:12

"Kiralık aşk" serialının final tarixi açıqlanıb. Sonuncu seriya yanvarın 20-də yayımlanacaq.

Həyat yoldaşını öldürən azərbaycanlıya 14 il cəza tələb edilib

11 Yanvar 2017 13:02

Rusiyada toyundan bir həftə sonra həyat yoldaşını qətlə yetirən azərbaycanlıya prokuror 14 il həbs cəzası istəyib. Ötən ilin aprel ayında Sankt-Peterburq şəhərində həyatı yoldaşı Gülnar Həbibovanı qətlə yetirməkdə təqsirləndirilən Samir Həbibovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı məhkəmədən Samir Həbibova cəzasını ciddi rejimli koloniyada çəkməklə, 14 il azadlıqdan məhrumetmə cəzası istəyib. Mərhumun ailəsi S. Həbibova qarşı 10 milyon rubl dəyərində iddia da qaldırıb. 

Əvvəllər 4 dəfə təcavüzə uğrayan 15 yaşlı qız yenə zorlandı

11 Yanvar 2017 12:53

Türkiyədə əvvəllər 4 dəfə təcavüzə uğrayan 15 yaşlı qız yenə zorlanıb.  Boluda 15 yaşlı Z.A. 16 yaşlı iki oğlanın təcavüzünə məruz qalıb. İddialara görə, onlar feysbukda tanış olublar. Qız əvvəllər 4 dəfə təcavüzə uğrasa da, oğlanın evinə gedib. O, oğlan və dostu tərəfindən zorlanıb. Qız onlardan polisə şikayət edib. Oğlanlar saxlanılsalar da, sərbəst buraxılıblar.

Murad Yıldırım aparıcı olacaq

11 Yanvar 2017 12:46

Türkiyə tele kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verlişinin aparıcısı Kenan İşığın səhhətində yaranan problemdən sonra kanal verlişin aparıçılığını aktyor Səlçuk Yöntəmə həvalə etmişdi.

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar

11 Yanvar 2017 12:26

Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar. Bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.