Dünya

Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır"

12 Yanvar 2017 14:10

Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib.

"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən...

12 Yanvar 2017 13:44

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki yaxşı xəbər var.  "WhatsApp" bu gündən etibarən "iPhone 3GS"-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

Dünyanı qarışdıran şəxs agent çıxdı - Moskvada işləyib

12 Yanvar 2017 13:24

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqədar gizli məlumatları ortaya çıxaran şəxs keçmiş ingilis agentidir. Bu haqda “Forbes” jurnalı yazıb. Nəşrin yazdığına görə, 52 yaşındakı Kristofer Steel adlı keçmiş MI6 (İngiltərənin Xarici Kəşfiyyat Xidməti - red,) agenti hazırda Londonda “Orbis” adlı xüsusi təhlükəsizlik şirkətini idarə edir.

Cəsədinə heç kim sahib çıxmır

12 Yanvar 2017 13:04

19 Dekabr 2016 – ci il tarixində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu soyuq silahla qətlə yetirilmişdi. Polisin hadisəyə müdaxiləsi nəticəsində qatil zərərsizləşdirilərək öldürüldü.

Evlənirmi?

12 Yanvar 2017 12:43

Acun Ilıcalının sevgilisi və qızı Melisanın anası Seyma Subaşı Meksidan instaqram hesabı ilə paylaşdığı şəkildə “Evlənirəm” yazıb. Ötən günlərdə Acunun ailəsi ilə fotolarını paylaşan Seyma bu dəfə “evlənirəm” paylaşımı ilə Türkiyə mediasında gündəmi zəbt eləyib. Hər kəs Acun evlənirmi sualı ilə maraqlanır.

Türkiyə vətəndaşlığı almaq üçün 4 ŞƏRT

12 Yanvar 2017 12:35

"Türkiyə vətəndaşlığını almaq haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:

Bu gənc sosial şəbəkələrdə "partlayış"a səbəb oldu - VİDEO

12 Yanvar 2017 12:33

Məşhur idmançı, fitnes ustası Cim Melounun son videolarından biri sosial şəbəkələrdə fenomenə çevrilib. Cimin evdəki məşqlərindən birini əks etdirən videoya artıq 243 milyon dəfə baxılıb. Milli.az

Kaş ki sağ qalmasaydım...

12 Yanvar 2017 12:31

Ankarada azərbaycanlı qadın avtobusda təcavüzə uğrayıb. Bu barədə məlumatı "Hürriyet"in yazarı İsmail Saymaz verib. Hadisə yanvar ayının 4-də, saat  23:40-da Ankaranın Etimesgut mahalı yaxınlığında baş verib. Azərbaycan əsilli qadın S. "530" nömrəli avtobusda təcavüzə uğrayıb. 

İlin ilk edamı

12 Yanvar 2017 12:20

2017 – ci ilin ilk edamı Amerikada oldu. Narkotik maddə ilə ilə yaşanan münaqişə zamanı iki nəfəri öldürən mütəhhim zəhərli iynə ilə edam edildi. 20 dollarlıq narkotik maddənin səbəb olduğu münaqişədə iki nəfərin həyatına son verən 48 yaşlı Chiristopher Vilkins olub. Türkiyə mediasının xəbərinə görə Vilkinsin vəkili Hilari Şerd məhkəmin qərarından narzı olub və cinayət işini daha yüksək məhkəmələrdə baxılmasını istəyib. Lakin edama üç saat qalmış o bu istəyindən imtina edib.

Sarkisyan mandat alverinə başladı

12 Yanvar 2017 12:06

Ermənistanın Daşnaksütyun partiyası ölkə prezidenti Serj Sarkisyandan onların namizədlərinin hakim partiyanın siyahısından irəli sürülməsini istəyib. Bu barədə "Jamank" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan prezidenti daşnakların bu təklifini razılıqla qarşılayıb. Bunun əvəzində hakim Respublika Partiyası daşnakların tərkibində öz namizədlərini parlamentə keçirməyə cəhd edəcək. Sarkisyanın bu addımla mandat alverinə başladığı bildirilir. Azvision.az

Redaktor azyaşlıları cinsi istismar edib

12 Yanvar 2017 11:29

Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən jurnalist həbs olunub. Manavqat Bölgə polisinə şikayət edən bir nəfər qəzet redaktoru R. M – in internet üzərindən qız uşaqlarını cinsi istisimar etdiyini bildirib. Şikayət edən şəxs qeyd edib ki, redaktor azyaşlı qız uşaqları ilə ilk olaraq  sosial şəbəkələr vaistəsilə cinsi mövzuda söhbət edir, onlarla görüşdükdən sonar isə çılpak şəkillərini çəkir. Etiraz edən azyaşlıları şəkillərini qəzetində dərc etməklə hədələyirmiş.

Rusiyalı tarixçinin erməni terroru ilə bağlı hazırladığı petisiyaya Siz də QOŞULUN

11 Yanvar 2017 18:46

Ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlanıb.

Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki,

11 Yanvar 2017 16:00

Yanvarın 23-də Rusiya və Türkiyə Suriya ilə bağlı Astanada razılıq əldə etməyə çalışacaq. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, hər iki dövlət Əsəd rejimini Suriyanın siyasi və hərbi müxalifəti ilə barışdırmaq istəyir: “Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki, Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər. Görəsən eyni ittifaq Qərbi kənarda qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də sürətləndirə bilərmi? Ankara buna hazırdır, yetər ki, Moskva nəhayət ki, konkret mövqe ortaya qoysun. 2017-ci ildə bu ittifaqın daha hansı imkanlara malik olacağını müşahidə etmək imkanı qazanacağıq”.

Rusiyalı deputat: "Rusiya Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir"

11 Yanvar 2017 15:24

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasını qətiyyən istəmir". Bunu  Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, "Vahid Rusiya" Partiyasından olan deputat Sergey Jeleznyak bildirib. O, Rusiyanın münaqişənin siyasi yolla həlli istiqamətində böyük iş apardığını qeyd edib.