"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən...

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki yaxşı xəbər var.  "WhatsApp" bu gündən etibarən "iPhone 3GS"-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

Bundan əlavə, "WhatsApp"a iki maraqlı yenilik edilib. Bunlardan biri, şəkillərin göndərilməsi zamanı qoyulan limitlə bağlıdır. Belə ki, artıq istifadəçilər bir-birlərinə 30 şəkli eyni anda işarələyib göndərə biləcəklər (Əvvəllər 10 dənədən artıq şəkil göndərmək mümkün deyildi).

İkinci yenilik isə İnstaqram-da olan "Store" özəlliyinə bənzəyir. Belə ki, artıq "WhatsApp"da da buna bənzər funksiya olacaq və yüklənən şəkillər İnstaqram və Facebook-dan fərqli olaraq 24 saatdan sonra silinməyəcək. Bu barədə Milli.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31