Dünya

Sui – qəsdin qarşısı alındı

12 Yanvar 2017 16:52

Türkiyənin Diyarbəkir vilayətinin  Kayapınar bölgəsinin  İcra Hakimiyyəti Başcısına PKK terror təşkilatı tərəfindən sui qəsd hazırlandığı məlum olub. Hazırlanan sui qəsdin qrşısı son dəqiqə  alınıb. Polisin apardığı əməliyyat nəticəsində sui -qəsdi hazırlayan şəxsin  yeri müəyyən edilib. İlk olaraq terroroçuya təslim olmaq təklif edilib.  Ancaq o polis komandasına atəş açıb. Baş verən silahlı qarşıdurmada terrorçu məhv edilib. Hadisə ilə əlaqədar araşdırma başladılıb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Tramp barədə kompromat dosyesi hazırlayan Britaniya casusu qaçdı

12 Yanvar 2017 16:47

"The Daily Telegraph" yazır ki, Donald Tramp barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra "həyatnın təhlükədə olmasından narahatdır". Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Kristofer Steel Londonun Surrey qraflığındakı evindən qaçıb.

Ərdoğan: “Qurmaq istədikləri yeni dünyada Türkiyəyə...”

12 Yanvar 2017 16:36

“Birinci və ikinci dünya müharibələrindən sonra olduğu kimi, indi də yeni bir dünya qurmağa, Türkiyəyə də bir rol ayırmağa çalışırlar”.

"Putinlə Tramp yola gedəcək"

12 Yanvar 2017 16:33

Moskvada əmindirlər ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə hörmət daha çox olmalıdır və ümid edirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dialoq mümkün olacaq. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Çindən Trampa CAVAB: "Barmaq silkələmək olmaz!"

12 Yanvar 2017 16:03

Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib. L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Trampın mətbuat konfransından sonra dollar zəifləyir

12 Yanvar 2017 16:01

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ötən gün baş tutan ilk mətbuat konfransından sonra dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır.  D. Trampın öz çıxışında iqtisadi məsələlərə daha az yer ayırması dolların məzənnəsinə neqativ təsir edib.

Ərdoğan və Putin arasında telefon danışığı olub

12 Yanvar 2017 15:54

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Politoloq: “Rusiya regionda sülhün yaranmasında maraqlı deyil”

12 Yanvar 2017 15:36

“Dağlıq Qarabağın Rusiya və Ermənistanın birləşmiş qüvvələri tərəfindən işğalının davam etməsi regionda fasiləsiz gərginlik şəraiti yaradır. ATƏT-in m Minsk qrupunun həmsdərlərindən olan Rusiya münaqişənin həlli prosesində yalnız tərəf kimi çıxış etməlidir. Əslində Ermənistan bu prosesdən kənarlaşdırılmalıdır və danışıqlar birbaşa Rusiya ilə aparılmalıdır. Münaqişənin həlli üçün Ermənistanla əldə olunmuş razılıqlara baxmayaraq bu razılaşmaların gerçəkləşməsinə qarşı ciddi əngəllər vardır. Madrid prinsipləri razılşaması da bu qəbildəndir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

Təyyarədə dava

12 Yanvar 2017 15:08

Beyrutdan Londona uçan Livan Middle East Airlines hava yollarına məxsus  təyyarə İstanbul Atatürk havalimanına təcili eniş etməyəməcburolub. Təcili enişin səbəbi isə sərnişinlərdən birinin styuardessayahücum etməsidi. Qadına hücüm edən şəxsə başqa sərnişinlər müdaxiləedib və təyyardəmünaqişə yaşanıb.

Sərnişin avtobusunda BİABIRÇILIQ

12 Yanvar 2017 14:49

Malaziyada bir sərnişin avtobusunda biabırçı olay yaşanıb. Qadın sürücü avtobusa minən kişi sərnişinin təcavüzünə məruz qalıb.

3 nəfər spirtli içkidən öldü

12 Yanvar 2017 14:43

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb. Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub. Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub. Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.

Davudoğludan ŞOK AÇIQLAMA: "Rus qırıcısını vuran..."

12 Yanvar 2017 14:39

Əhməd Davudoğlu 15 iyul çevrilişinə cəhdlə əlaqədar TBMM Araşdırma Komissiyasına 71 səhifəlik sənəd verib.

Duma sədri: “AŞPA reqlamentini dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”

12 Yanvar 2017 14:14

”Avropa Şurası Parlament Assambleyasının reqlamenti dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. “Nəzərə alsaq ki, AŞPA-nın reqlamenti bu gün hər hansı milli nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul etməyə icazə verir. Bu, qəbuledilməzdir. Hesab edirik ki, bu norma öz-özlüyündə parlamenti nüfuzdan salır”, - deyə o, söyləyib. 

Trampın qızı: Atam prezident oldu, biznesdən gedirəm

12 Yanvar 2017 14:12

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb. Bu barədə İvanka Tramp öz Facebook səhifəsində yazıb.