Dünya

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq edəcək

12 Yanvar 2017 20:00

Bu gün "Facebook" şirkəti sosial şəbəkənin jurnalist və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib.

17 yaşlı qız tibb dərsində öyrəndiyini öz üzərində sınayınca öldü

12 Yanvar 2017 19:53

İstanbulda tibb bacısı sahəsi üzrə təhsil alan qız dərsdə öyrəndiyi metodu öz üzərində sınaqdan keçirmək istəyib. 17 yaşlı Deniz Temiz, dərsdə öyrəndiyi serum (fizioloji məhlul) müalicəsi üsullarını öz üzərində sınaqdan keçirincə həyatını itirib.

Azərbaycanlılar evlilik verilişində özlərini BİABIR ETDİLƏR - VİDEO

12 Yanvar 2017 19:46

Bir neçə ay əvvəl bir-birinə dəlicəsinə aşiq olub nişanlanan Naz və Baha cütlüyü Zuhal Topalın evlilik verilişini bir-birinə qatıb. Azərbaycanlı model Əli Əkbərin Naza elçi düşməsi mübahisəyə səbəb olub.

Dünya fərdi kompüterlər bazarında azalma davam edir

12 Yanvar 2017 19:40

"Gartner" analitik şirkəti hesabat dərc edəcək qlobal kompüter bazarının həcminin ardıcıl beşinci ildir azalmasını açıqlayıb.

“Android” əksər bazarlarda mövqeyini itirir

12 Yanvar 2017 19:35

"Kantar" analitik şirkəti bu və ya digər əməliyyat sisteminin ən böyük dünya bazarlarında yayılmasını qiymətləndirməyə, bu sahədə baş verən dəyişiklikləri izləməyə imkan verən hesabat dərc edib.

Yeni qurğu dərhal “3D” fotoşəkillər yaradacaq

12 Yanvar 2017 19:20

ABŞ-ın "Bellus3D" şirkəti "CES" istehlak elektronikası sərgisi çərçivəsində bir neçə saniyəyə üçölçülü formatda (3D) fotoşəkillər yaratmağa imkan verən qeyri-adi yeni qurğu nümayiş etdirib.

2016-cı ilin ən güclü smartfonları məlum olub

12 Yanvar 2017 19:15

Mobil qurğuların məhsuldarlığını müəyyənləşdirən populyar testin istehsalçısı “Antutu” şirkətinin yeni reytinqinə əsasən, “iPhone 7 Plus” 2016-cı ilin ən güclü smartfonudur.

Britaniyalı tədqiqatçılar: Alkoqollu içkilər iştahanı artırır

12 Yanvar 2017 19:11

Böyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər.  Siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.

Alimlər: Depressiya və şizofreniya bir-biri ilə sıx bağlıdır

12 Yanvar 2017 19:05

Sən demə, genetikasında şizofreniyanın inkişafı riski olan insanlar həm də depressiyanın alt növlərindən birinə meyillidirlər. Bunu Edinburq Universitetinin tədqiqatçıları aşkar ediblər.“Deccan Chronicle” saytı xəbər verir ki, alimlər əldə etdikləri nəticələrin şizofreniya və depressiyanın yeni müalicə metodlarının hazırlanmasına kömək edəcəyinə ümid bəsləyirlər.

Ərdoğan: Silahlı terrorçu ilə dolları olan terrorçu arasında fərq yoxdur

12 Yanvar 2017 18:27

Türkiyə iqtisadiyyatı ciddi hücumlara məruz qalır.  Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  Dövlət başçısı qeyd edib ki, Türkiyəyə qarşı hücumların iqtisadiyyata da yönəldiyini artıq hamı görür: "Əlində silahı, bombası olan terrorçu ilə əlində dolları, avrosu, faizi olan terrorçu arasında məqsəd baxımından fərqi yoxdur”.

Makkeyn: “ABŞ və Rusiya arasında münasibətlər normallaşmayacaq”

12 Yanvar 2017 18:25

Amerika senatoru Con Makkeyn ABŞ və Rusiya arasında münasibətlərin normallaşması imkanına inanmır.  Senator bu haqda Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində deyib.

Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir

12 Yanvar 2017 18:02

Türkiyədə Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur.

Saakaşvilinin yerinə keçir

12 Yanvar 2017 17:19

Odessada Mixail Saakaşvilinin yerinə keçəcək şəxsin adı məlum olub. Ukrayna prezindenti Petro Poroşenko Odessa vilayətinin yeni qubernatorunu təqdim edib. Onun qərarına əsasən, Mixail Saakaşvilini Maksim Stepanov əvəz edəcək. Qafqazinfo.az

ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

12 Yanvar 2017 16:56

Avstriyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək. Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Üç min nəfərlik fahişə ordusu qurdular - ŞOK

12 Yanvar 2017 16:54

Fəthullahçı Terror Təşkilatı (FETÖ) 3 min nəfərlik fahişə ordusu qurub. Bu haqda FETÖ ilə əlaqədar istintaq işində ifadə verən təşkilatın hərbi məsələləri üzrə keçmiş məsul şəxsi olan imam Çətin Acar deyib.