ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Avstriyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək. Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Avstriyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək. Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, ATƏT sədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə Rusiya-Avstriya arasındakı ikitərəfli münasibətlər, ATƏTçərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa, ATƏT məkanındakı münaqişələr, o cümlədən Dagliq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31