Makkeyn: “ABŞ və Rusiya arasında münasibətlər normallaşmayacaq”
Amerika senatoru Con Makkeyn ABŞ və Rusiya arasında münasibətlərin normallaşması imkanına inanmır. Senator bu haqda Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində deyib.
12 Yanvar 2017 18:25 DünyaAmerika senatoru Con Makkeyn ABŞ və Rusiya arasında münasibətlərin normallaşması imkanına inanmır. Senator bu haqda Almaniyanın "Deutsche Welle" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ-ın üç prezidenti - Bill Klinton, kiçik Corc Buş və Barak Obama Vladimir Putinlə "yeni münasibətləri" qurmağa çalışsa da, bu mümkün olmayıb. Makkeynin fikrincə, Rusiya prezidenti sübut etdi ki, Vaşinqtonun onunla bağlı tətbiq etməli olduğu tək strategiya Ronald Reyqanın prinsiplərinə əsaslanır. "Bu, güc vasitəsilə sülhün əldə olunmasıdır", - deyə o, bildirib.
Qeyd edək ki, Makkeyn özünün anti-Rusiya mövqe ilə məşhurdur. O, kiberhücumlara görə Rusiyaya qarşı yeni sanksiyaların təşəbbüskarlarından biridir. Publika.az