Azərbaycanlılar evlilik verilişində özlərini BİABIR ETDİLƏR - VİDEO

Bir neçə ay əvvəl bir-birinə dəlicəsinə aşiq olub nişanlanan Naz və Baha cütlüyü Zuhal Topalın evlilik verilişini bir-birinə qatıb. Azərbaycanlı model Əli Əkbərin Naza elçi düşməsi mübahisəyə səbəb olub.

Bir neçə ay əvvəl bir-birinə dəlicəsinə aşiq olub nişanlanan Naz və Baha cütlüyü Zuhal Topalın evlilik verilişini bir-birinə qatıb. Azərbaycanlı model Əli Əkbərin Naza elçi düşməsi mübahisəyə səbəb olub. Belə ki, Baha keçmiş nişanlısı Nazın hələ də ona aldığı boyunbağını taxdığını iddia edib. Bundan sonra Naz boyunbağını boynundan çıxarıb Bahaya qaytarıb. Naz Bahaya qarşı artıq bir şey hiss etmədiyini, Bakıdan gələn Əli ilə münasibətlərini davam etdirmək istədiyini bildirib.
Onu da qeyd edək ki, bir dəfə evli olan Nazın bir qızı var.
Xatırladaq ki, Türkiyənin bir çox evlilik verişlərində baş verənlər ssenari əsasında qurulur. Namizədlər isə yüksək qonorar müqabilində verilişdə hər cür rola girməyə razı olurlar. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31