Dünya
Nazir vəzifədən getmək istəmir
Dekabr ayında Zambiyada keçirilən baş nazir seçkilərində məğlub olan nazir Yahya Cammeh vəzifəsindən getmək istəmir. Seçkilərisə qalib gələn Adama Barrov hər şeyə rəğmən növbəti həftə vəzifəsini icra edəcəyini açıqlayıb. Türkiyə mətbuatının məlumatına görə bu haqqda Barrov öze BBC Dünya Servisinə məlumat verib.
Atasını axtarırdı, amma...
"The Jeremy Kyle Show"ya qatılan Li adlı çəxs 40 il görmədiyi atasının axtarırdı. Bu axtarışda verlişin yaradıcı heyəti ona kömək ediblər. Lakin atasını görən Li təəccüblənib. Proqrama gələn atanın cinsiyyətini dəyişdirərək qadın olduğu məlum olub.
Türkiyənin xarici işlər naziri İsrailə səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfər edəcək. Səfərin yanvarın sonu - fevralın əvvəlində baş tutacağı planlaşdırılır. Mənbənin məlumatına görə, səfər zamanı iki ölkə arasında münasibətlərin normallaşması, ticarət və iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə olunacaq. Bu barədə Trend Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat verir.
Tərbiyəsizlik edən jurnalist həbs olundu
Macarıstanda qadın jurnalist tərbiyəsizliyinə və yolverilməz davranışına görə həbs edilib. Petra Laszlo 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkədə SEKS QALMAQALI - Mikrofonu söndürməyi unutdu...
Oyun yayımlarının ən önəmli ünvanlarından olan və böyük bir kütləyə sahib Twitch-də xeyli sayda təqibçisi olan bir istifadəçi mikrofonu açıq unudunca böyük bir qalmaqala imza atıb.
TBMM prezidentlə bağlı Konstitusiya dəyişikliyi təklifini qəbul edib
Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir.
Ermənistan baş nazirinin kreslosu laxlayır?
Ermənistan baş naziri Karen Karapetyan və hökumət aparatının rəhbəri-nazir David Arutyunyan arasında münasibətlər gərginləşməyə başlayıb. Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb. Nəşr vurğulayıb ki, hökumətin dünən keçirilən iclasında K.Karapetyan nəzərəçarpacaq dərəcədə gərgin olub.
Türkiyə ordusu 40-dan çox İŞİD-çini məhv edib
Türkiyə Silahlı Qüvvələri Suriyada "Fərat qalxanı" çərçivəsində apardığı quru və hava əməliyyatları zamanı İŞİD terror qruplaşmasının 41 üzvünü zərərsizləşdirib. Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir. Əməliyyatlar zamanı İŞİD-in 177 obyekti darmadağın edilib. Milli.az
Çavuşoğlu: "Aİ Kiprdə təhlükəsizliyin qarantı ola bilməz"
"Ankara Kipr üzrə qarant-ölkələrin rolunun Avropa İttifaqına (Aİ) keçməsinin qəti əleyhinədir". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə Kiprlə bağlı keçirilən beynəlxalq konfransın yekunlarına dair fikir bildirərkən deyib.
Ailə təyyarəni geri uçuş etməyə vadar etdi
Türk Hava Yollarına məxsus İstanbul – Klimancaro təyyarəsi evli olduqları məlum olan iki sərnişinin münaqişəsinə görə Qahirə üzərindən İstanbula geri dönüb.
Kipr üzrə danışıqlar yanvarın 18-də davam etdiriləcək
Kipr üzrə danışıqlar yanvarın 18-də texniki səviyyədə Cenevrədə davam etdiriləcək. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib. "Danışıqlar texniki səviyyədə yanvarın 18-də davam edəcək", - Çavuşoğlu deyib.
Rusiyada 5,2 bal gücündə zəlzələ olub
Rusiyanın Primorye ərazisində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Primoryenin Naxodka mahalından 98 kilometr cənubda olub. Yeraltı təkanların ocağı 490 kilometr dərinlikdə yerləşib. Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb. Bu barədə Trend-in "RİA Novosti"yə istinadən xəbər verir.
FETÖ-nün imamının qaçdığı ölkə bilindi
Türkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb.
İstanbulda erməni ailənin evinə basqın edən Ermənistan vətəndaşlarına ömürlük həbs istənilib
İstanbul Baş Prokurorluğu Türkiyədə yaşayan erməni ailənin evinə basqın etməkdə şübhəli bilinən 3 Ermənistan vətəndaşına ömürlük həbs cəzası verilməsini istəyib.
Rus nəhəngi AÇIQLADI: "Pulu biz ödəyəcəyik"
Qazprom İdarə heyətinin başçısı Viktor Zubkov bu il ərzində "Türk Axını" da daxil olmaqla üç təbii qaz layihəsini maliyyələşdirəcəklərini açıqlayıb. Paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Zubkov 2017-ci ildə "Türk Axını", "Şimal Axını - 2" və "Sibirin Gücü" layihələrinin onlara aid hissələrinin "Qazprom" tərəfindən maliyyələşdiriləcəyini bildirib.














