Ailə təyyarəni geri uçuş etməyə vadar etdi
Türk Hava Yollarına məxsus İstanbul – Klimancaro təyyarəsi evli olduqları məlum olan iki sərnişinin münaqişəsinə görə Qahirə üzərindən İstanbula geri dönüb.
13 Yanvar 2017 11:51 DünyaTürk Hava Yollarına məxsus İstanbul - Klimancaro təyyarəsi evli olduqları məlum olan iki sərnişinin münaqişəsinə görə Qahirə üzərindən İstanbula geri dönüb.
Türk mətbuatının məlumatına görə İstanbuldan Klimancaroy uçan, Türk Hava Yollarına məxsus 151 nəfərlik sərnişin təyyarəsi "Atatürk" hava limanından uçuş edib. Təyyarə qahirə səmasındaykən sərniçinlərdən Anton Çestnik və həyat yoldaşı Knavdiya Çestnikhələ ki, məlum olmayan səbəb üzündən təyyarədə münaqişə ediblər. Sərnişinlər pilota şikayət ediblər. Onlarda ailəni sakitləşdirməyə çalışsalarda, onların bu əməyi heç bir nəticə verməyib. Sonda pilot "Atatürk" Hava limanına geri dönmək qərarına gəlib.
Saat 00:01 də İstanbula geri dönən təyyarəyə polis məmurları dəvət olunub. Onlar Çestnik ailəsini təyyarədən endirərək, polis bölməsinə aparıblar. Hadisədən sonra təyyarə saat 03:31 radələrində 149 sərnişin ilə yenidən Klimancoraya uçuş edib.