FETÖ-nün imamının qaçdığı ölkə bilindi
Türkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb.
13 Yanvar 2017 11:22 DünyaTürkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb. Belə bir iddia ilə Türkiyənin "Axşam" qəzetinin baş direktoru Murat Kelkitlioğlu çıxış edib. Baş direktor yazdığı məqaləsində iddia edir ki, Adil Öksüz 15 iyun qiyamından 3 gün sonra ABŞ-a sığınıb.
Murat Kelkitlioğlu deyib ki, bunu sübut edəcək kəşfiyyat məlumatları var:
"Adil Öksüz 15 iyun hadisələrindən 3 gün sonra ABŞ-a qaçıb. Bu necə olub, sual verməyin! Çünki Adil Öksüz FETÖ-nün ən güclü və vacib adamlarından biri olub. Əgər Adil Öksüz Akıncı bazasında saxlanıldığı halda, məhkəmədən heç nə olmamış kimi çıxa bilirsə, 15 iyun hadisələrindən 3 gün sonra da rahat şəkildə ABŞ-a qaça bilərdi və qaçdı". Publika.az