Britaniyalı tədqiqatçılar: Alkoqollu içkilər iştahanı artırır
Böyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər. Siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.
12 Yanvar 2017 19:11 DünyaBöyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər. Siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.
Tədqiqatçılar neyronların fəaliyyətini dərmanla bloklayaraq təcrübəni təkrarlayıblar. Lakin siçanlar bu dəfə əvvəlki kimi çox yeməyiblər. Bu barədə AZƏRTAC bbc.com saytına istinadla xəbər verir.