Üç min nəfərlik fahişə ordusu qurdular - ŞOK
Fəthullahçı Terror Təşkilatı (FETÖ) 3 min nəfərlik fahişə ordusu qurub. Bu haqda FETÖ ilə əlaqədar istintaq işində ifadə verən təşkilatın hərbi məsələləri üzrə keçmiş məsul şəxsi olan imam Çətin Acar deyib.
12 Yanvar 2017 16:54 DünyaFəthullahçı Terror Təşkilatı (FETÖ) 3 min nəfərlik fahişə ordusu qurub. Bu haqda FETÖ ilə əlaqədar istintaq işində ifadə verən təşkilatın hərbi məsələləri üzrə keçmiş məsul şəxsi olan imam Çətin Acar deyib.
"FETÖ-də 1986-cı ildən bu yana hərbi məsələlər üzrə məsul şəxsi oldum. Təşkilatın bütün çirkli planlarını bilirdim. FETÖ-çülərin 3 min nəfərlik fahişə ordusu qurduğunu öyrəndim. Fahişə ordusunun başındaki şəxs isə Türkiyə Əmniyyət Müdirliyinin terrorla mübarizə üzrə keçmiş rəhbəri Cihangir Çelikdir. Başlarında da bir qadın da var idi", - deyə o bildirib.
Çətin Acar FETÖ lideri Fətullah Gülənin Amerika və sionizm üçün adamlar yetişdirdiyini dilə gətirib. Publika.az