Ərdoğan: “Qurmaq istədikləri yeni dünyada Türkiyəyə...”

“Birinci və ikinci dünya müharibələrindən sonra olduğu kimi, indi də yeni bir dünya qurmağa, Türkiyəyə də bir rol ayırmağa çalışırlar”.

"Birinci və ikinci dünya müharibələrindən sonra olduğu kimi, indi də yeni bir dünya qurmağa, Türkiyəyə də bir rol ayırmağa çalışırlar". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə kənd icra nümayəndələri ilə görüşündə deyib.

"Birinci dünya müharibəsindən sonra bizim üçün hazırlanan kəfəni əvvəl Çanaqqala, ardınca İstiqlal Savaşımızla cırıb atmışıq. Hər fürsətdə qarşımıza maneələr qoymağa çalışırlar. Bunu bəzən terror, bəzən xaos, bəzən də qardaş qarşıdurması ilə etmək istəyirlər. Əsl mübarizəni terror təşkilatlarının arxasında olan güclərlə apardığımızı çox yaxşı bilirik", - deyə prezident bildirib.

Dövlət başçısı İŞİD terror təşkilatını həm Türkiyə torpaqlarında, həm də bölgədə məhv etməkdə qərarlı olduqlarını vurğulayıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31