Murad Yıldırım aparıcı olacaq
Türkiyə tele kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verlişinin aparıcısı Kenan İşığın səhhətində yaranan problemdən sonra kanal verlişin aparıçılığını aktyor Səlçuk Yöntəmə həvalə etmişdi.
11 Yanvar 2017 12:46 DünyaTürkiyə tele kanalında yayımlanan "Kim milyonçu olmaq istəyir?" verlişinin aparıcısı Kenan İşığın səhhətində yaranan problemdən sonra kanal verlişin aparıçılığını aktyor Səlçuk Yöntəmə həvalə etmişdi.
Kenan İşıqdan sonra verlişin reytinqini qorumağa çalışan kanal onun kimi ses tonuna, ünsiyyət üslubuna xas aparıcıya - aktyora həvalə etdilər. Səlçuk Yöntəmin aparıcılığı zamanı verliş məşhur seriallarla uğurlu reytinq rəqabəti aparırdı. Mütəxəssislər bunda Səlçuk Yöntəmin əməyini yüksək qiymətləndirirlər.
Ötən gün Türkiyə mediasında yer alan xəbərə əsasən bundan sonra "Kim milyonşu olmaq istəyir?" verlişinin aparıcısı məşhur aktyor Murad Yıldırım olacaq.