Ərdoğanın müşaviri: "Çevriliş baş tutsaydı, prezidentin kürsüsündə o oturacaqdı"

Türkiyə prezidentinin müşaviri Yalçın Topçu 15 iyul dövlət çevrilişi ilə bağlı açıqlama verib. Topçu çevriliş baş tutsaydı, Ərdoğanın kürsüsündə keşikçilər alayının komandiri Muhsin Kutsi Barışın oturacağını söyləyib. Həmin gündən bəhs edən müşavir: "Toğrul bəyə zəng etdim. Zəng çatmadı", - deyərək Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə əlaqə saxlamaq istədiyini bildirib.

"Sonra Muhsin Kutsi Barışın yanına getdik. Yanımda Ankara valisi, Təhlükəsizlik Şöbəsinin müdiri, baş katib və köməkçiləri var idi. Çevrilişə cəhd edənlərin tək dərdi prezident iqamətgahına girmək idi. Guya bizi yerə yatırıb əllərimizi-ayaqlarımızı qandallayacaqdılar. Muhsin Kutsi Barış isə kürsüdə oturub şəkil çəkdirəcəkdi". Bu barədə Milli.Az "Milliyet"ə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31