Moskvada bankdan 20 milyon rubl oğurlanıb
Rusiya paytaxtında bankdan külli miqdarda pul oğurlanıb. "Bulqarbank"ın paytaxt şöbələrinin birindən 20 milyon rubl (340 min ABŞ dolları) pul naməlum şəxslər tərəfindən oğurlanıb. Bankın direktor müavini polisə müraciət edib. O, oğurluğun 31 dekabr-10 yanvar tarixləri arasında baş verdiyini bildirib. Rusiya hüquq-mühafizə orqanları "Bulqarbank"dan 20 milyon rubl pulun oğurlandığını təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Bu barədə Apa.az Rusiya bürosunun yerli mətbuatına istinadən xəbər verir.
11 Yanvar 2017 13:42 DünyaRusiya paytaxtında bankdan külli miqdarda pul oğurlanıb. "Bulqarbank"ın paytaxt şöbələrinin birindən 20 milyon rubl (340 min ABŞ dolları) pul naməlum şəxslər tərəfindən oğurlanıb. Bankın direktor müavini polisə müraciət edib. O, oğurluğun 31 dekabr-10 yanvar tarixləri arasında baş verdiyini bildirib. Rusiya hüquq-mühafizə orqanları "Bulqarbank"dan 20 milyon rubl pulun oğurlandığını təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Bu barədə Apa.az Rusiya bürosunun yerli mətbuatına istinadən xəbər verir.