Yıldırım: Avropanın təhlükəsizliyi Türkiyədən başlayır
10 Yanvar 2017 21:37 DünyaTürkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib.
Baş nazir bildirib ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir:
"Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır. İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz."
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31