Əfqanıstanda daha iki partlayış qubernator yaralanıb

Qəndahərdə iki partlayış baş verib.

Partlayış vilayət qubernatorunun polis rəisi və diplomatlarla görüşündə baş verib.

Məlumata görə, polis və diplomatlardan xəsarət alan olmasa da, qubernator yaralanıb.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayışda 38 nəfər ölüb.

Trend "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31