Obama vida çıxışı zamanı kövrəldi - VİDEO - FOTOlar
Amerikanın prezidenti Barak Obama Çikaqo şəhərində vida çıxışı edib. Yanvar ayının 20-də yerini Donald Trampa verməyə hazırlaşan Obama vida çıxışını siyasətə başladığı və "məmləkətim" deyə xitab etdiyi Çikaqoda edib. Obama çıxışı zamanı kövrəlib. O, 8 illik prezident olduğu müddət ərzində başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə uğurlu işlər gördüyünü söyləyib. Çıxışında xarici siyasətlə bağlı məsələlərə az şərh verən Obama Suriyadakı vətəndaş müharibəsi ilə bağlı fikir söyləməyib. O, Orta Şərq ilə əlaqədar məsələlərə də münasibət bildirməyib. Bu barədə Milli.az "Daily Mail"ə istinadla xəbər verir.
11 Yanvar 2017 12:06 DünyaAmerikanın prezidenti Barak Obama Çikaqo şəhərində vida çıxışı edib. Yanvar ayının 20-də yerini Donald Trampa verməyə hazırlaşan Obama vida çıxışını siyasətə başladığı və "məmləkətim" deyə xitab etdiyi Çikaqoda edib. Obama çıxışı zamanı kövrəlib. O, 8 illik prezident olduğu müddət ərzində başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə uğurlu işlər gördüyünü söyləyib. Çıxışında xarici siyasətlə bağlı məsələlərə az şərh verən Obama Suriyadakı vətəndaş müharibəsi ilə bağlı fikir söyləməyib. O, Orta Şərq ilə əlaqədar məsələlərə də münasibət bildirməyib. Bu barədə Milli.az "Daily Mail"ə istinadla xəbər verir.
Vida çıxışından video və fotolar:


































