Dünya
Ölümündən bir ay sonra nömrəsinə gələn siqnal HƏQİQƏTİ ÜZƏ ÇIXARDI
Türkiyənin Adana şəhərində 2016-cı ilin fevralında köhnə sevgilisi Bünyamin F. tərəfindən döyülərək öldürülən 28 yaşlı Türkan Sarıkayanın qətliylə bağlı yeni bir dəlil ortaya çıxıb. Polis Türkanın telefonundan cinayətdən 1 ay sonra siqnal gəldiyini təsbit edib.
Amerikanın ən əxlaqsız 15 müəlliməsi
Amerikalı müəllimələr məktəblilərə fərqli dərs olan - intim münasibətləri tədris edə bilir. Lakin bəzi müəllimələr bu dərsi təcrübədən keçirmədən dayana bilməyiblər.
Türkiyədə fabrikdə partlayış: 4 yaralı
Türkiyənin İstanbul şəhərində Hadımköydə plastik fabrikində partlayış olub. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. "Posta"nın xəbərinə görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Qafqazinfo.az
"Qaçqınları ABŞ-a buraxmayın" - Trampdan fərman
ABŞ prezidenti Donald Tramp bu gün ölkəyə daxil olan qaçqınların sayını iki dəfə azaldan fərman imzalaya bilər. Qeyd olunan fərmanda ABŞ tərəfindən qəbul olunan qaçqınların sayının 50 minədək azaldılması nəzərdə tutulur.
İŞİD-in maşın karvanı məhv edildi
Suriya Hərbi Hava Qüvvələri ölkənin şimalındakı Homs əyalətində İŞİD terror təşkilatına məxsus maşın karvanına zərbə endirib.
Ermənistanı terrorla hədələyən Rusiya vətəndaşının kimliyi bilindi
Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Bunu Rusiyan Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib.
Ermənistanda əsgər intihar edib
Ermənistanda əsgər intihar edib. Əsgər Şavarş Qalstyanın meyiti bu gün saat 08:50 radələrində aşkarlanıb. Onun çənəsində qüllə yarası olub. Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. APA-nın xəbərinə görə, bu barədə “news.am” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Ermənilərin “konyak diplomatiyası” iflasa uğradı
Ermənistanda yaşanan sosial, iqtisadi, siyasi və hərbi tənəzzül birbaşa xarici siyasətə də siraət edib. Artıq beynəlxalq aləmdə ermənilərin çirkli xarici siyasəti iflasa uğrayıb. Tarixən xarici siyasətdə “qadın diplomatiyası”na üstünlük verən ermənilər deyəsən bu uğursuz gedişi yeniləmək qərarına gəliblər. Daha doğrusu, ermənilər öz məkirli niyyətlərini həyata keçirməkdən ötrü qurban verdikləri qadınlarını indi konyakla əvəz etmək niyyətinə düşüblər.
Donald Tramp ABŞ-ın dünyadakı nüfuzunu bərpa etməyə çalışacaq
Amerika Birləşmiş Ştatlarını idarə etməyə start götürən Donald Trampın atacağı addımlar ölkə ictimaiyyəti, eləcə də dünya ölkələri üçün maraq doğurur. Düzdür, Tramp hələ prezidentliyə namizədliyi dövründə həyata keçirəcəyi daxili və xarici siyasətin cizgilərini elan etmişdi. Lakin məlum məsələdir ki, siyasi proseslərin gedişindən asılı olaraq namizdəlik platformasında əksini tapmış tezislərin dəyişdirilməsi zərurəti yaranır.
Lavrov: "50 ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək istəyir"
"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib. O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.
Somalidə silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb
Somalinin paytaxtı Moqadişoda silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb. Silahlılar minalanmış avtomobillə ölkə parlamenti yaxınlığında yerləşən mehmanxanaya hücum edib. Ardıcıl iki partlayış baş verib. Mehmanxanaya daxil olan silahlılar atəş açıblar. Nəticədə 4 jurnalist xəsarət alıb.
Putinlə Tramp nə vaxt danışacaqlar?
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasındakı danışıqların vaxtı hələlik razılaşdırılmayıb.
Rusiya-ABŞ münasibətlərinə dəyən zərəri aradan qaldırmaq üçün ciddi iş tələb olunur
"Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə ABŞ arasında normal əlaqələrin yaradılmasının lehinə olan mövqeyini bölüşür". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən "Hökumət saatı"nda çıxışında bildirib. O deyib ki, Barak Obama dövründə Rusiya-ABŞ münasibətlərinə dəyən ziyanı aradan qaldırmaq üçün vaxt və ciddi iş tələb olunur: "Biz, prezident Putin qeyd etdiyi kimi, xalqlarımızın və qlobal təhlükəsizlik və sabitlik maraqları baxımından münasibətlərin sağlamlaşdırılmasına hazırıq".
Toylarına 4 gün qalan nişanlı cütlüyün faciəvi AYRILIĞI
Türkiyədə ağır yol qəzası baş verib. Kayseridə baş verən qəzada nişanlı cütlük ağır yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılsalar da, qız dünyasını dəyişib. Oğlan isə yaralıdır. Qızın cəsədi bu gün günortadan sonra torpağa tapşırılacaq. Ailəsinin verdiyi məlumata görə, nişanlılar 4 gün sonra, 29 yanvarda toy edəcəkdilər. Bu barədə Milli.az "Milliyet"ə istinadla xəbər verir.
İspaniyada uşaqlarla dolu avtobus aşıb - 17 yaralı
İspaniyanın paytaxtı Madrid yaxınlığında məktəbliləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 17 uşaq xəsarət alıb. Avtobusda 25 şagirdin olduğu barədə məlumat verilib. Qəza avtobusun döngədə idarəetməni itirməsi nəticəsində baş verib. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların həyatına heç bir təhlükə olmadığı bildirilir. Trend.az














