Lavrov: "50 ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək istəyir"
"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib. O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.
25 Yanvar 2017 15:09 Dünya"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib. O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birliyidir. 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan birlik Gömrük İttifaqı və Vahid İqtisadi Zona əsasında yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Apa.az