Ermənistanı terrorla hədələyən Rusiya vətəndaşının kimliyi bilindi

Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Bunu Rusiyan Daxili İşlər Nazirliyinin İnterpol Milli  Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib. 

Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Bunu Rusiyan Daxili İşlər Nazirliyinin İnterpol Milli  Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib. 
 
"Kipr İnterpolu ilə birgə apardığımız iş nəticəsində terror aktları barədə yalan məlumatlar yayan Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Həmin şəxs Larnaka hava limanını, habelə Ermənistan, Belarus və Qazaxıstan hakimiyyət orqanlarına aid obyektlərini partladacağını deyib.
 
A.Prokopçukun sözlərinə görə, terror aktı barədə yalan müraciət maddəsi ilə cinayət işi açılıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31