Dünya
Baş nazir referendumun vaxtını açıqladı
“Konstitusiya dəyişiklikləri üzrə referendum böyük ehtimalla aprel ayının ilk yarısında, ayın 20-sinə qədər uyğun bir tarixdə keçiriləcək”.
19 yaşlı qız donub, öldü
Almaniyanın Kassel şəhərindən qız cəsədi tapılıb. 19 yaşlı Tanya Hollşteynin donaraq öldüyü məlum olub. Polisin açıqlamasına görə, Tanya bazar günü gecə evdən siqaret çəkmək adı ilə çıxıb, geri qayıtmayıb. Bu barədə Milli.az "Sabah"a istinadla xəbər verir.
Sevgilisi hamilə qadını qonşusu ilə aldatdı, biabır oldu
Londonda qəribə hadisə baş verib. Londonda yaşayan Daniella Devis adlı qadın sevgilisindən hamilə qalıb. O, sevgilisi ilə birlikdə yaşamaq qərarına gəlib və onların evinə köçüb. Lakin sevgilisinin bütün gün telefonla mesajlaşmasından şübhələnən qadın onu izləyib. Sevgilisinin ona üst qonşusu ilə xəyanət etdiyini öyrənən qadın şoka düşüb. O, stress keçirib. Qadın fərqli üsulla intiqam almaq qərarına gəlib. Belə ki, Daniella sevgilsinin mesajlarını skrin edərək onun feysbuk lövhəsində yayımlayıb. Çılpaq şəkilləri və mesajları yayılan oğlan biabır olub. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.
ABŞ Meksika ilə sərhəddə divar hörməyə başlayıb
ABŞ Meksika ilə sərhəddə divar hörməyə başlayıb. ABŞ prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, 7 ölkənin - İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulacaq. Bu qadağa 4 ay sürəcək. Meksika prezidenti Enrike Nyeto divarın hörülməsinə pul ödəməyəcəklərini bildirib. Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.
Braziliya həbsxanalarında QİYAM
Braziliyada ən azı 200 məhbus başlatdıqları qiyam nəticəsində yerləşdirildikləri həbsxanadan qaçmağa nail olub. Bu barədə ölkənin IOL nəşri yazır. Nəşrin yazdığına görə, insident San-Paulu şəhərində yaşanıb. Dəqiqləşdirilmiş məlumatlarda bildirilir ki, qiyam zamanı məhbuslar yorğan-döşəklərini və sair avadanlıqları yandıraraq həbsxanada yanğın törətməyə nail olublar. Yaranan qalın tüstü nəticəsində onların çoxu qaçmağa nail olub.
Tramp müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq
ABŞ prezidenti Donald Trampın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir. Bu barədə “Röyters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib.
Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusu ABŞ-ın maraqlarına uyğundur
ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir, çünki bu, ABŞ-ın maraqlarına uyğundur. Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
Səhmdar: "Qazprom" TAP-ın ötürücülük qabiliyyətini ikiqat artıracaq"
Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin səhmdarı olan İtaliyanın "Snam" şirkəti "Qazprom" konserninin TAP-a qoşulması niyyətini dəstəkləyib.
İranlı hakerlər Cebhe.info, cumhuriyyet.biz və axcp.biz saytlarını dağıdıb
Referenduma etiraz etdi
Oteldə partlayış oldu
Özcan və Nurgülün filmindəki qız məhkəməlik oldu
Özcan Dəniz və Nurgül Yeşilçayin baş rolda olduğu "İkimizin yeirne" filminin aktrisası Afra Saraçoğlu məhkəməyə verilib. 19 yaşlı aktrisanın karyerasına başladığı agentlik ondan 53 min lirə (təxminən 27 min manat) tələb edir. Şirkətin sahibi Esra Maeyer bildirib ki, Afra 14 yaşında ailəsi tərəfindən agentliyə gətirilib: "2012-ci ilin iyunun 20-də bağlanan 5 illik müqaviləyə əsasən o, agentlik və məndən icazəsiz fotomodellik, aktrisalıq edə bilməz. Nəsə etsə, təxminat ödəmək məcburiyyətindədir. Bu səbəbdən də məhkəməyə müraciət etdik". Məhkəmə qarşıdakı günlərdə baş tutacaq.
"Kıvanç Tatlıtuğ və Burak Özçivit yeməyə çörək tapmırdı"
Türkiyənin bütün bölgələrini dolaşaraq istedadlı gəncləri kəşf edib ekran və podiumlara qazandıran “Model of Celebrity” müsabiqəsinin mətbuat konfransı olub.
"WhatsApp"da 3 YENİ FUNKSİYA istifadəyə verildi
Populyar "WhatsApp" internet messenceri yenilənmə nəticəsində birdən-birə 3 yeni funksiya əldə edib. Xüsusilə əlavədə offlayn rejim yaradılıb. Bu funksiya hətta mobil cihaz istifadəçisi internetə qoşulmadığı halda mətn məlumatı yığmağa imkan verəcək.
Serialdakı təcavüz səhnəsi QALMAQALa səbəb oldu
İngiltərənin BBC televiziyasında yayımlanan - baş rollarda Emili Vatson və Ben Çaplinin yer aldığı "Apple Tree Yard" serialındakı təcavüz səhnəsi mübahisəyə yol açıb.














