Braziliya həbsxanalarında QİYAM
Braziliyada ən azı 200 məhbus başlatdıqları qiyam nəticəsində yerləşdirildikləri həbsxanadan qaçmağa nail olub. Bu barədə ölkənin IOL nəşri yazır. Nəşrin yazdığına görə, insident San-Paulu şəhərində yaşanıb. Dəqiqləşdirilmiş məlumatlarda bildirilir ki, qiyam zamanı məhbuslar yorğan-döşəklərini və sair avadanlıqları yandıraraq həbsxanada yanğın törətməyə nail olublar. Yaranan qalın tüstü nəticəsində onların çoxu qaçmağa nail olub.
25 Yanvar 2017 12:55 DünyaBraziliyada ən azı 200 məhbus başlatdıqları qiyam nəticəsində yerləşdirildikləri həbsxanadan qaçmağa nail olub. Bu barədə ölkənin IOL nəşri yazır. Nəşrin yazdığına görə, insident San-Paulu şəhərində yaşanıb. Dəqiqləşdirilmiş məlumatlarda bildirilir ki, qiyam zamanı məhbuslar yorğan-döşəklərini və sair avadanlıqları yandıraraq həbsxanada yanğın törətməyə nail olublar. Yaranan qalın tüstü nəticəsində onların çoxu qaçmağa nail olub.
Xatırladaq ki, 10 gün öncə, yanvarın 15-də Braziliyanın digər şəhəri Riu-Grandi-du Nortidə yerləşən həbsxanada da qiyam baş verib və həmin vaxt onlarla məhbus qaçmağa çalışarkən öldürülüb. Sia.az