Baş nazir referendumun vaxtını açıqladı
“Konstitusiya dəyişiklikləri üzrə referendum böyük ehtimalla aprel ayının ilk yarısında, ayın 20-sinə qədər uyğun bir tarixdə keçiriləcək”.
25 Yanvar 2017 14:15 Dünya"Konstitusiya dəyişiklikləri üzrə referendum böyük ehtimalla aprel ayının ilk yarısında, ayın 20-sinə qədər uyğun bir tarixdə keçiriləcək". Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
"Hesab edirəm ki, bu həftə ərzində dəqiq tarix açıqlanacaq. Bu, təbii ki, Mərkəzi Seçki Komissiyasının verəcəyi bir qərardır", - deyə baş nazir bildirib.
Binəli Yıldırım həmçinin Konstitusiya dəyişikliyi üzrə qanun layihəsinin prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildiyini açıqlayıb. Baş nazir xalqın qarşısında iki seçimin olduğunu vurğulayıb:
"Ya prezidenti vətəndaş seçməyəcək, ya da vətəndaşın seçdiyi prezidentə səlahiyyətləri verəcəyik". Publika.az