Somalidə silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb
Somalinin paytaxtı Moqadişoda silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb. Silahlılar minalanmış avtomobillə ölkə parlamenti yaxınlığında yerləşən mehmanxanaya hücum edib. Ardıcıl iki partlayış baş verib. Mehmanxanaya daxil olan silahlılar atəş açıblar. Nəticədə 4 jurnalist xəsarət alıb.
25 Yanvar 2017 14:58 DünyaSomalinin paytaxtı Moqadişoda silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb. Silahlılar minalanmış avtomobillə ölkə parlamenti yaxınlığında yerləşən mehmanxanaya hücum edib. Ardıcıl iki partlayış baş verib. Mehmanxanaya daxil olan silahlılar atəş açıblar. Nəticədə 4 jurnalist xəsarət alıb.
Qeyd edək ki, hücuma məruz qalan mehmanxanada mütəmadi olaraq rəsmi tədbirlər, biznes forumlar keçirilir. Bu barədə APA.az "RİA Novosti"yə istinadən xəbər verir.