Dünya
Ağır yol qəzası: 22 yaşlı qız öldü, rəfiqəsi yaralandı - FOTOlar
Tailandın Phuket adasına dincəlməyə gələn iki turist ağır yol qəzasına düşüb. Əslən kanadalı olan 22 yaşlı Ali Lambert ölüb, 25 yaşlı rəfiqəsi Nezi Borislavova isə ağır yaralanıb. Onlar çəhrayı rəngli ciplə qəza törədiblər. Yağışlı havada idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Ali Lambert hadisə yerindəcə keçinib. Nezi isə xəstəxanaya yatırılıb. Onun vəziyyəti ağırdır. Hazırda dostları onun xəstəxanadan çıxarılıb ölkəsinə gəlməsi üçün pul yığırlar.
Trampa etiraz edən Hollivud ulduzu həbs edildi
Amerikalı tanınmış aktyor Şaya LaBaf Nyu-Yorkda prezident Donald Trampa qarşı keçirilən aksiya zamanı həbs olunub. 30 yaşlı aktyor Trampın inauqurasiyasından sonra "O bizi ayıra bilməyəcək" adlı kampaniyaya başlayıb. Aktyor Kuins şəhərində etiraz edərkən tutulub.
Vyanada PARTLAYIŞ: yaralılar arasında uşaq da var
Avstriyanın paytaxtı Vyananın Hernals rayonunda qaz partlayışı olub. Rayonun əsas küçəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Ətraf binaların sakinləri təxliyə olunublar.
Bəy toy günü tutuldu
Toy günü başqa qadını zorlamaqda və oğurluq etməkdə təqsirləndirilən bəy məhkəməyə çıxarılıb. 24 yaşlı Derri Flinn MakKann iki fakt üzrə saxlanılıb. Polis onu 24 yaşlı qadının şikayətindən sonra tutub.
20 yaşında görünür, amma...
Argentinalı model Qrasiela Alfano İnstagram fotoları ilə gündəmdədir. O, daim İnstagram-da yarıçılpaq şəkillərini yayır. 20 yaşlı kimi görünən modelin isə əslində 64 yaşı var.
İŞİD-in 20-dən çox üzvü zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 206 obyektinə zərbə endirib. Zərbələr nəticəsində son gün ərzində 23 İŞİD üzvü zərərsizləşdirilib. Ümumulikdə, "Fərat qalxanı" başladıqdan Suriyada 1875 kvadratmetr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.
Nazarbayev səlahiyyətlərinin çoxundan İMTİNA EDİR - VİDEO
Qazaxıstanda hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı islahatlara başlanılacaq. Qazaxıstan prezidenti Nursultan Nazarbayev video müraciəti zamanı prezidentin bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsini təklif edib. Onun sözlərinə görə, hakimiyyət qollarının səlahiyyət bölgüsü ilə bağlı islahatlar aparılacaq.
Tarkan ABŞ-da konsert verəcək
Müğənni Tarkan 2, 3 və 5 martda ABŞ-da konsert verəcək. Nyu-Yorkdakı "Hammerstein" konsert zalında baş tutacaq 3 günlük konsertin biletləri sürətlə satılır. Artıq martın 2-dəki konsertə bilet qalmayıb.
Ermənistanın sabiq naziri ÖLKƏDƏN QAÇDI
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb. Onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər.
Hava limanına İslam Kərimovun adı verildi
Bərə estakadaya çırpıldı - 34 yaralı
Fahriye və Burakın bal ayı da pulsuz başa gələcək
Ərəblərin Fahriye Evcen və Burak Özçivitə olan marağı artır. Bir iş adamının cütlüyün evləndikdən sonra bal aylarını Qubay və Qatarda keçirmələri üçün 2 milyon dollar təklif etdiyi iddia edilir. Həmin biznesmen Dubayda gecəsi 3500 lirə (təxminən 1800 manat) və Qatarda gecəsi 1500 lirə (təxminən 800 manat) olan iki oteli bron etdirib. Cütlüyün bu təklifə nə cavab verəcəyi gözlənilir.
Məşhur türk serialının günü dəyişdi
Bu mövsüm də reytinqlərdə gözlənilən nəticəni əldə etməyən "Möhtəşəm yüz il: Kösəm"lə bağlı yeni qərar verilib. Serialın bu mövsümdən etibarən yayımlandığı Fox TV telekanallar arasında zəifləyən rəqabətdən istifadə edərək yayımında dəyişikliklər etməyə başlayıb.
Dünya ŞOKDA: Afrikada rus dilində danışan adamyeyən qəbilə tapılıb
Tanzaniyadakı cəngəlliklərdə rus dilində danışan qəbilə tapılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, qəbilə üzvləri onların torpaqlarında peyda olanlara qarşı çox qəddardırlar, bəzi hallarda ora gələn insanları yeyiblər də.
Maykl Ceksonun qardaşı baba oldu
Tanınmış pop ulduzu Maykl Ceksonun qardaşı, 63 yaşlı Cermeyn Cekson ilk dəfə oğul babası olub.














