Portuqaliyanın paytaxtı Lissabonda bərə sahildəki estakada ilə toqquşub.
Hadisə nəticəsində 34 nəfər xəsarət alıb. İçərisində 561 sərnişin olan gəmi-bərə Lissabona Barreyru şəhərindən gəlirmiş.
Paytaxtın mərkəzindəki limanda baş verən hadisəyə səbəb kimi güclü duman göstərilir.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.