Vyanada PARTLAYIŞ: yaralılar arasında uşaq da var
Avstriyanın paytaxtı Vyananın Hernals rayonunda qaz partlayışı olub. Rayonun əsas küçəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Ətraf binaların sakinləri təxliyə olunublar.
26 Yanvar 2017 13:12 DünyaAvstriyanın paytaxtı Vyananın Hernals rayonunda qaz partlayışı olub. Rayonun əsas küçəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Ətraf binaların sakinləri təxliyə olunublar. Hazırda partlayışdan sonra bir hissəsi dağılmış binada yanğın lokallaşdırılıb. Küçənin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlıdır. Yerli "Kronen Zeitung" qəzetinin məlumatına əsasən, 4 nəfər ağır, 6 nəfər isə yüngül xəsarət alıb. Onlar arasında uşaq da var. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31