Məşhur türk serialının günü dəyişdi
Bu mövsüm də reytinqlərdə gözlənilən nəticəni əldə etməyən "Möhtəşəm yüz il: Kösəm"lə bağlı yeni qərar verilib. Serialın bu mövsümdən etibarən yayımlandığı Fox TV telekanallar arasında zəifləyən rəqabətdən istifadə edərək yayımında dəyişikliklər etməyə başlayıb.
25 Yanvar 2017 19:55 DünyaBu mövsüm də reytinqlərdə gözlənilən nəticəni əldə etməyən "Möhtəşəm yüz il: Kösəm"lə bağlı yeni qərar verilib. Serialın bu mövsümdən etibarən yayımlandığı Fox TV telekanallar arasında zəifləyən rəqabətdən istifadə edərək yayımında dəyişikliklər etməyə başlayıb.
Kanalın gənc idarəçiləri ilk dəyişikliyə başlayaraq "Kösəm Sultan"ın vaxtını dəyişiblər. Gələn həftədən etibarən ekran işinin yayımlanacağı gün dəqiqləşdiriləcək. Cümə günləri isə onun yerinə tamamilə başqa, sürpriz serial efirdə olacaq.
Bundan başqa telekanal serialların sayını azaldaraq yeni bir dövrə başlamaq niyyətindədir. Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.