Ermənistanın sabiq naziri ÖLKƏDƏN QAÇDI
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb. Onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər.
26 Yanvar 2017 11:39 DünyaErmənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb. Onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər.
Xaçataryan ailəsi yaxın qohumları öldüyü üçün ABŞ-a getdiklərini deyib. Əslində isə Xaçatryanın Ermənistanda seçkiöncəsi başlaya biləcək qarayaxma kampaniyasından yayınmaqdan üçün ABŞ-a köçdüyü bildirilir.
Nəşrin xəbərinə görə, daha əvvəl erməni KİV-ində Qaqik Xaçatryan və onun qardaşı oğlunun korrupsiyada ittiham olunması ilə bağlı məlumatlar yayılmışdı. Sonradan sabiq nazirin Los-Ancelesin Vestvud rayonunda dəbdəbəli villasının olduğu məlum olub.
"Hraparak" yazır ki, bu məlumatlar hökumətin arxivlərində qalır və lazım olan vaxt ona qarşı istifadə oluna bilər. Azvision.az