Ermənilərin “konyak diplomatiyası” iflasa uğradı

Ermənistanda yaşanan sosial, iqtisadi, siyasi və hərbi tənəzzül birbaşa xarici siyasətə də siraət edib. Artıq beynəlxalq aləmdə ermənilərin çirkli xarici siyasəti iflasa uğrayıb. Tarixən xarici siyasətdə “qadın diplomatiyası”na üstünlük verən ermənilər deyəsən bu uğursuz gedişi yeniləmək qərarına gəliblər. Daha doğrusu, ermənilər öz məkirli niyyətlərini həyata keçirməkdən ötrü qurban verdikləri qadınlarını indi konyakla əvəz etmək niyyətinə düşüblər.

Ermənistanda yaşanan sosial, iqtisadi, siyasi və hərbi tənəzzül birbaşa xarici siyasətə də siraət edib. Artıq beynəlxalq aləmdə ermənilərin çirkli xarici siyasəti iflasa uğrayıb. Tarixən xarici siyasətdə "qadın diplomatiyası"na üstünlük verən ermənilər deyəsən bu uğursuz gedişi yeniləmək qərarına gəliblər. Daha doğrusu, ermənilər öz məkirli niyyətlərini həyata keçirməkdən ötrü qurban verdikləri qadınlarını indi konyakla əvəz etmək niyyətinə düşüblər. Artıq belə bir fakt Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş verib. Belə ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Aryevin hazırladığı "Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar" adlı hesabatı ətrafında müzakirələr aparılıb. Hesabatda Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd edilən müddəa erməni nümayəndə heyəti üzvlərinin əsassız etirazlarına səbəb olub. Erməni deputatlar hesabatdakı sözügedən 9-cu bəndin çıxardılması üçün hesabata üç əlavə və dəyişiklik irəli sürüblər. Hesabat ətrafında çıxış edən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan məruzəçi Volodimir Aryevi Azərbaycan əsilli olması haqqında Azərbaycan KİV-lərində dediklərini təkrarlamaqla onu yenidən qeyri-obyektivlikdə ittiham etməyə cəhd edib. Volodimir Aryev isə bu bəndin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə dair qəbul olunmuş sənədlərə əsasən hesabata saldığını vurğulayaraq, ona qarşı belə təzyiqlərin edilməsini qəbuledilməz olduğunu bildirib. Daha sonra, qətnamə ətrafında gedən səsvermələrdə erməni tərəfinin hesabatın 9-cu bəndinin çıxardılmasına və dəyişdirilməsinə yönəlmiş cəhdlərinə baxmayaraq, təklif etdikləri bir-birini təkrarlayan üç əlavə və dəyişikliklərin heç biri qəbul edilməyib. AŞPA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi - yəni, Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Sonda Volodimir Aryevin təqdim etdiyi qətnamə tam şəkildə səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib. 
Məlum olub ki, erməni nümayəndə heyəti istəklərinə nail olmaq üçün sivil qaydada mübarizə aparmaq əvəzinə mərizəçiyə qarşı təzyiq və şantaj metoduna əl atıblar. Hələ hesabat müzakirəyə çıxarılmazdan bir gün əvvəl erməni deputatlar Volodimir Ariyevi ulu nənəsinin Azərbaycan əsilli olmaqda ittiham edərək hazırladığı məruzədən "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi" ifadəsinin çıxarılmasını tələb ediblər. Paralel olaraq onun Azərbaycan mətbuatına verdiyi açıqlamalrı öz məqsədlərinə uyğun tərcümə edərək Avropa parlamentarilərinə paylayıblar. Bununla istəklərinə çatmayacaqlarını görən ermənilər "konyak diplomatiyasına" əl atıblar. Daha dəqiq, ukraynalı deputatı konyakla "satın almaq" cəhdində bulunublar. Hətta bu barədə AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Ariyev Assambleya sədrinə və üzvlərinə şikayət edib.V.Ariyev çikayətində Ermənistan nümayəndə heyəti üzvləri tərəfindən təzyiqə məruz qaldığını bildirib. Bunu "Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar" adlı hesabatında işlətdiyi "Azərbaycanın Dağlıq Qarabağ regionu" ifadəsi ilə əlaqələndirib: "Ermənilər məndən bu ifadəni dəyişməyi tələb edir, təzyiq göstərirlər. Lakin mən hesabatımda heç bir dəyişiklik etməyəcəyəm". Volodimir Ariyev jurnalistlərə açıqlamasında da hesabatında ölkələrin ərazi bütövlüyü məsələsində heç bir güzəştin mümkün olmayacağını söyləyib: "Ermənistan nümayəndə heyətinin üzvü, xanım Rustamyan mənim Azərbaycan mətbuatında dərc edilmiş müsahibələrimin tərcüməsini zalda hamıya paylayırdı. Mən həmin müsahibələrimdə demişəm ki, Azərbaycanla Ukrayna hər zaman yaxşı münasibətdə olmalıdır və haçansa Azərbaycanın xətrinə dəyəcək sözlər demişəmsə, buna görə üzr istəmişəm. Düzdür, mən əvvəllər Azərbaycana qarşı tənqidi fikirlər səsləndirmişəm. Amma mən deməli deyiləm ki, Azərbaycan yaxşı ölkə deyil, Ukrayna prezidenti bu ölkəyə səfər etməməlidir və s. Bunlar cəfəngiyyatdır. Məni hətta ittiham edirlər ki, ulu nənəm Azərbaycan əsilli olub. Mənim rus, hətta yəhudi köklərim var. İndi mən nə edim? Əgər mənim rus köküm varsa, Rusiya hökumətinə qarşı danışmamalıyam? Bütün bunlar qeyri-sivil formada aparılan təzyiq formasıdır. Erməni nümayəndə heyəti istəyir ki, belə təzyiqlər etməklə hazırladığım hesabatdakı "Azərbaycanın Dağlıq Qarabağ regionu" ifadəmi dəyişim. Amma mən bunu etməyəcəyəm. Çünki biz həmişə Avropa Şurasına üzv dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını dəstəkləməliyik. Mən yenə də Azərbaycanda insan haqları, demokratiya məsələlərinə dair tənqidi fikirlərimi söyləyəcəyəm. Ancaq dövlətlərin ərazi bütövlüyü məsələsində heç bir kompromisdən söhbət gedə bilməz". 
Bununla kifayətlənməyən ukraynalı deputat erməni deputatların iç üzünü açıb. Vladimir Aryev öz "Facebook" səhifəsində yazıb ki, erməni deputatlar onu konyakla satın almaq istəyiblər: "Erməni deputatlar məni konyakla satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın hesab etməyim. AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!", - deyə o qeyd edib. Siyasətçinin sözlərinə görə, dinləmələrin sakit axarını Ermənistan təmsilçiləri pozublar: "Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır", - deyə Aryev bildirib. 
Göründüyü kimi ermənilər bütün çirkin oyunlara gedərək, nəyin bahasına olursa-olsun məqsədlərinə çatmağa çalışırlar. Çünki, sivil qaydada mübarizə aparmaq, fakt və dəlillərə əsaslanaraq diplomatik savaş aparmaq ermənilərin xislətinə yaddır. 
Azərbaycan isə xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının - BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Son illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib. Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb. Hazırda da Azərbaycan nümayəndə heyəti AŞ PA-da dövlətin və millətin mənafeyini şərəflə qoruyur.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31