Dünya

Polis Şimali Koreya səfirliyini mühasirəyə aldı

6 Mart 2017 16:29

Malayziya paytaxtında silahlı polislər Şimali Koreya səfirliyini mühasirəyə alıblar. Belə ki, bu gün Malayziya hökumətinin Şimali Koreya səfirinin ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatır. 

Merkel ilk addımı atdı - Trampla görüşə gedir

6 Mart 2017 15:43

Almaniya kansleri Angela Merkel martın 14-də ABŞ-a səfər edəcək. Səfər çərçivəsində kansler ABŞ prezidenti Donald Trampla danışıqlar keçirəcək. 

Netanyahu Putinlə nədən danışacaq?

6 Mart 2017 13:36

İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiyaya səfəri gözlənilir. Səfər martın 9-da baş tutacaq.

Məşhur müğənni sərbəst buraxıldı

6 Mart 2017 13:20

2016 – cı ildə sürücüsünü təhdidi edərək, döydürməkdə günahlandırılan məşhur türk müğənnisi Harika Avcı məhkəmə qərarı ilə sərbəst buraxılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İzmirə istirahətə gedən müğənninin polis tərəfindən axtarıldığı məlum olub. Səhər saatlarında 05:30 – da polislər tərəfindən saxlanılıb.

Suriyada daha bir rusiyalı hərbçi ölüb

6 Mart 2017 12:59

Suriyada daha bir rusiyalı hərbçi ölüb. Bu, 23 yaşlı İvan Slışkindir. İ. Slışkin döyüş tapşırığı yerinə yetirərkən ölüb.

MÜHARİBƏ BAŞLADI? Şimali Koreya Yaponiyaya 3 raket atdı - VİDEO

6 Mart 2017 12:53

Şimali Koreya dörd raketi birdən atıb. Koreyanın Yapon dənizinə doğru ard-arda atdığı ballistik raketlər dünyanı ayağa qaldırıb. Yaponiya raketlərdən üçünün ölkə sahillərinə düşdüyünü açıqlayıb.

Şok kadrlar: yanmamaq üçün 8-ci mərtəbədən atıldı - VİDEO

6 Mart 2017 12:05

Dünən Rusiyanın paytaxtı Moskvada çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub. Molostovıe küçəsi, ev 17, korpus 2 ünvandakı çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərdən birində güclü yanğın olub.

Ərdoğan açıqladı: "Almaniyada nasizm hələ də davam edir"

6 Mart 2017 11:51

Mən istəsəm, Almaniyaya gələrəm. Əgər ölkəyə girişə icazə verməsəniz, yaxud çıxışıma qadağa qoysanız, dünyanı ayağa qaldıraram. Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

Çeçenistan silkələndi - ZƏLZƏLƏ

6 Mart 2017 11:44

Çeçenistanın paytaxtı Qroznı şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Moskva vaxtı ilə 04:26-da qeydə alınan yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Helikopter qəzasında ölənlərin sayı 9-a çatdı

6 Mart 2017 11:31

Yaponiyanın Naqano prefekturasında xilasedicilər qəzaya uğrayan helikopterin qalıqları altından daha 6 nəfərin meyitini çıxarıblar. Bundan əvvəl hadisə yerində 3 nəfərin meyiti aşkarlanıb. Naqano prefekturasının xilasedici xidmətinə məxsus "Bell 412" helikopteri martın 5-də təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.

Rusiya səfirinin qatili ilə bağlı YENİ MÜƏMMA: rus qadınla yazışmaları ortaya çıxdı

6 Mart 2017 11:19

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə bağlı aparılan araşdırmada yeni məlumatlar əldə edilib. Onun qatili Mövlut Mert Altıntaşın noyabr ayı boyunca Ekaterina B. adlı rus qadınla telefonla danışdığı məlum olub. Ekaterina B. saxlanılıb. Onun ifadəsi alınıb.